Icma.az
close
up
RU
Əməliyyatlardan sonra pis vəziyyətdəyəm, bu, cinayətdir

Əməliyyatlardan sonra pis vəziyyətdəyəm, bu, cinayətdir

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Məşhur plastik cərrah-onkoloq Könül Ağamirova məni 3 dəfə əməliyyat etdi, hamısı uğursuz alındı”. 

Axşam.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Aybəniz Zeyn adlı vətəndaş müraciət edib. 

O bildirib ki, ötən il adıçəkilən cərrah tərəfindən sinə kiçiltmə əməliyyatından sonra həmin nahiyədə nekroz (canlı toxumalarda hüceyrələrin erkən ölümü) əmələ gəlib: 

“Əməliyyatım “Milana Hospital”da baş tutdu. Bundan sonra fəsadlar ortaya çıxdı. Sinəmdə nekroz əmələ gəldi və zamanla daha da pis vəziyyətə düşdüm. İkinci dəfə həkim məni əməliyyata götürərək nekrozu təmizlədi. Ancaq bu dəfə çox kobud tikişlər atıldı. Bir müddət sonra həmin tikişlər açıldı”.

İngiltərədə yaşayan Aybəniz Zeynin sözlərinə görə, bu əməliyyat üçün ümumilikdə 7 min manat ödəniş edib: 

“Artıq üçüncü dəfə məcbur qalıb yenidən eyni həkimin əməliyyatına girdim. Bu dəfə isə öz qarın bölgəmdən yağ alıb sinəmə vurdu. O da bir ay sonra töküldü. Bu həkim məni pis vəziyyətə qoyub. Sinəmdə fəsadlar yaranıb. Bu, bir cinayətdir. Mənə vurulmuş ziyanın qarşılığının ödənilməsini istəyirəm. Hazırda pis vəziyyətdəyəm, ödənişim geri qayıtsın ki, İngiltərədə müayinəyə başlayım. Digər şəxslər də bilməlidir ki, bu həkim düzgün seçim deyil. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət etmişəm”. 

Məlumat üçün bildirək ki, bu ilin aprelində Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqlayıb. Sözügedən həkimlərin siyahısında Könül Ağamirovanın adı yoxdur.

Şikayətçi prosedurdan sonra bədənində yaranan yaraların, irinləmələrin və açılan tikişlərin fotosunu da paylaşıb. Oxucuların həssaslığını nəzərə alaraq, həmin şəkillərdən yalnız ikisini üstüörtülü formada yerləşdiririk: 

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Könül Ağamirova ilə əlaqə saxlanılsa da o, bu şikayətin reputasiyasına zərər gətirəcəyini deyərək ittihamlarla əlaqədar açıqlama vermək istəməyib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, məsələ ilə bağlı həkim Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb: 

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi xidmətin göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Müraciətdə qeyd olunan faktın eyni zamanda mülki iş olduğunu, insan sağlamlığında yaranmış problemin məhkəmə-tibbi ekspertizası tərəfindən qiymətləndirilməsinin zəruriliyini və dələduzluq faktının araşdırılması məsələsinin Mərkəzin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq, vətəndaşın təsdiqedici sənədlərlə birlikdə hüquq-mühafizə orqanlarına və ya bilavasitə məhkəməyə müraciət etmək hüququ olduğu Aybəniz Zeynalovaya bildirilib.

Aybəniz Zeynalovanın Bakı şəhərində yerləşən “Milana Hospital”ın həkimi Könül Ağamirova tərəfindən göstərilən tibbi xidmətdən sonra səhhətində yaranmış problem və əməliyyata görə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı Səhiyyə Nazirliyinə daxil olan müraciətinə nazirliyin Analitik Ekspertiza Mərkəzində aidiyyəti üzrə baxılıb. Müraciətdə qeyd edilən faktın 2024-cü ilə təsadüf etməsi, eyni zamanda da şikayətçi tərəfindən ərizəyə müvafiq təsdiqedici sənədlərin (həkim Könül Ağamirova tərəfindən keçirilmiş əməliyyata dair rəsmi tibbi qeydiyyat sənədləri, xəstəlik tarixindən çıxarış və ya epikriz) əlavə edilmədiyindən, aidiyyəti müəssisədə qanunvericiliklə müəyyən olunmuş qaydada uyğun nəzarət tədbirinin keçirilməsi məqsədəmüvafiq hesab edilməyib. Əlavə olaraq bildirilir ki, Mərkəz tərəfindən həkim Könül Ağamirovanın vəzifə səlahiyyətləri araşdırılan zamanı onun müəssisədə direktorun müalicə işləri üzrə müavini vəzifəsinə təyin edilməsi müəyyən edilib. Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb. Əldə olunan sənədlər araşdırma materiallarına əlavə edilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://axsam.az
archiveBu xəbər 12 İyun 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri