Icma.az
close
up
RU
11 illik unudulmaz məktəb yolunun son zəngi: 162 nömrəli məktəbdən REPORTAJ FOTOLAR

11 illik unudulmaz məktəb yolunun son zəngi: 162 nömrəli məktəbdən REPORTAJ FOTOLAR

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün ölkəmizin orta ümumtəhsil məktəblərində "Son zəng" mərasimləri keçirilib. "Səs" qəzeti Bakıdakı orta məktəblərin birindən- Səbail rayonunda yerləşən 162 nömrəli orta məktəbdən reportaj hazırlayıb.

162 nömrəli məktəb paytaxtın və ölkənin ən yaxşı göstəricilərə malik təhsil ocaqlarından biridir. 100-dən çox yaşı olan məktəbdə Azərbaycan və rus sektorları üzrə 1700 şagird təhsil alır. Bu gün məktəbin dörd 11-ci sinfindən (A,B, C, L) ümumilikdə 92 şagird məzun olur. Bu münasibətlə məktəbdə maraqlı şənlik və vida mərasimi təşkil olundu. Tədbirdə məktəbin müəllim və məzunları ilə yanaşı, çox sayda valideyn də iştirak edirdi.


Azərbaycan dövlət himninin sələnməsi ilə açılışı olan tədbirdə Vətən uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib.
Məktəbin direktoru Nərgiz Ələkbərova bütün məzunları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzuladı. Direktor qeyd etdi ki, bu gün məzun olan şagirdlər məktəb həyatı boyu müəllimlərə hörmət və dərslərə məsuliyyətlə yanaşıb, özlərini bir şəxsiyyət kimi aparıblar. O, bu günkü məzunların ölkəmizə və xalqımıza layiqli gənclər kimi yetişməsində əməyi olan valideynlərə və məktəbin müəllimlərinə təşəkkürünü bildirib.


Sonra söz tədbirin şərəf qonaqları olan şəhid analarına verildi. Onlar qeyd etdilər ki, Vətəni qorumaq üçün canlarından keçən şəhidlərimiz, o cümlədən bu məktəbin məzunu olmuş şəhidlər gələcək nəsillərimizin təhlükəsiz yaşaması üçün özlərini qurban veriblər. Şəhid anaları bildirdilər ki, bu gün həyata atılan gənclər də onların yarımçıq qalmış amallarını yerinə yetirəcək- ölkəmizin daha da güclənməsini təmin edəcəklər.
Məzunlar fəxri kürsüdə əyləşmiş məktəb müəllimlərinə və şəhid analarına gül hədiyyə ediblər, onlara dərin minnətdarlıqlarını ifadə ediblər.


Daha sonra tədbirin fəxri qonağı seçilmiş 2 məzun valideyninə söz verilib. 11 sinfinin şagirdi Altay Bayramlının anası jurnalist Lalə Mehralı məzunları təbrik edib, onlara uğurlar arzulayıb, həmçinin məktəbin direktoru Nərgiz Əmiraslanovanın, 11 L sinfinin rəhbəri Təzəgül Əliyevanın timsalında bütün pedaqoji heyətə öz minnətdarlığını bildirib. Valideyn qeyd edib ki, bu 11 il ərzində bütün müəllimlər uşaqların bir şəxsiyyət kimi təhsilli və tərbiyəli yetişdirilməsi üçün əvəzedilməz rol oynayıblar və böyük zəhmət çəkiblər.


Digər məzun valideyni Rəna xanım da məzunları təbrik edib, onlara uğurlar arzulayıb. O qeyd edib ki, 11 il ərzində müəllimlərin böyük zəhməti ilə bu məzunlar orta təhsillərini tamamayıb, yeni həyata atılıblar. Valideyn məzunlara tələbə həyatı arzulayıb.


Rəsmi hissə başa çatdıqdan sonra məzun siniflər öz hazırladıqları bədii proqramla çıxış ediblər. Məzunlar Azərbaycan mədəniyyəti və klassik musiqisi əsasında hazırladıqları rəqsləri nümayiş etdiriblər. Havaya rəngarəng şarlar buraxılıb.
Daha sonra məktəbin müəllimləri də məzunları təbrik edib, öz ürək sözlərini deyiblər.
Sonda bütün məzun siniflər birgə şəkildə rəqs ediblər, yallı gediblər.

Nəhayət mərasimin kulminasiya nöqtəsi gəlib çatdı. 1-ci sinif şagirdləri şərti son zəngi çalaraq məktəb həyətində dövrə vurdular. Bu sonuncu zəng məzunların məktəb həyatının başa çatdığını bildirəm kədərli bir zəng səsi, eyni zamanda onların yeni həyata start verdiklərinin müjdəçisi olan sevincli bir zəng səsi idi.


Müəllimlər məzunları ilə vidalaşıb, onların 11 illik təhsil həyatlarından maraqlı xatirələrini danışıblar.Mərasim şagird, müəllim və valideynlərin kollektiv xatirə fotolarının çəkilməsi ilə başa çatıb.

Məzunları son dəfə sinif yoldaşları ilə öz siniflərinə qalxıb və gözəl bəzədilmiş sinif otağı ilə vidalaşıblar.
Məzunlara əvvəldən hazırlanmış xatirə albomları- "Venetka"lar paylanıb.


Daha sonra məzunlar məktəbin həyətindən çıxaraq artıq müstəqil həyata atılıblar və son dəfə birlikdə gəzintiyə yollanıblar.
Səs Media Qrupu olaraq bütün məzunlara gələcək həyatlarında uğurlar arzulayır, Vətənimizə və xalqımıza layiqli övladlar kimi qalmalarını diləyirik.

Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 İyun 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see376

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see253

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see176

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see165

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see140

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri