Icma.az
close
up
RU
33 illik həsrətə SON! REPORTAJ/FOTOLAR

33 illik həsrətə SON! REPORTAJ/FOTOLAR

Icma.az, Sia Az saytına istinadən bildirir.

Həmin dəhşətə şahidlik edən gecədən 33 il keçir. Hazırda Xocalı küçəsində yerləşən "Ana harayı" abidəsinin qarşısındayıq. Abidənin qarşısında böyük izdiham var. Dövlət rəsmiləri, digər qurumların əməkdaşları və yerli sakinlər Xocalı faciəsinin qurbanlarının ruhunu yad edir, abidənin qarşısına gül dəstələri qoyurlar. Ziyarətçilər arasında təkcə azərbaycanlılar deyil, həmçinin xarici ölkələrin vətəndaşları da var. SƏS TV olaraq abidəni ziyarət edənlər arasında sorğu keçirdik.

Şəhər sakini Tahir Baxşıyev: “Bu elə bir qətliamdır ki, görülməmiş bir şeydir. Biz bunun əvəzini "Dəmir Yumruğ"umuzla çıxdıq. Xocalı qurbanlarnın qanını yerdə qoymadıq. Amma belə hadisələrin təkrarı bəşəriyyət üçün çox böyük bir cinayətdir. Belə hadisələri törədənlərə qəti tədbir görmək lazımdır”.

Şəhər sakini Samir Quliyev: “Xocalı faciəsinin baş verdiyi zamandan 33 il keçir. Ümid edirik ki, bir daha Azərbaycan xalqının başına bu cür hadisələr gəlməz. Bu bütövlükdə Azərbaycan xalqı üçün ağır zərbə idi. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirəm. Nə xoş bizə ki, bu gün bizim insanlarımız Xocalıya ayaq basa bilirlər”.

Şəhər sakini Samirə Vəliyeva: "Xocalı bizim qan yaddaşımızdır. Heç vaxt biz bunu unutmarıq, unutdurmarıq. Biz bu günləri Xocalını hüznlə yadd edirik. Həqiqətən insanın damarında qanı dönür. Bu barədə danışmaq çox çətindir”.

Şəhər sakini Aynurə Səfərova: “Xocalı faciəsi bizim millətin soyqırımıdır. İllər keçəsə də, biz bu faciəni unutmarıq. Uşaqlarımız, gələcək nəsillərimizə daim bu barədə danışmalı və məlumat verməliyik ki, öz qan yaddaşlarını unutmasınlar. Bu bir dəhşətdir. Bizim millətimizin soyunu qırmaq istəyiblər. Bu sadəcə vəhşilikdir”.

Şəhər sakini Mətin İsmayılov: “Mənim üçün bu barədə danışmaq çox çətindir. Özüm Xocalı döyüşlərində iştirak edəndə 17 yaşım var idi. Birbaşa bu proseslərdə iştirak etmişəm. Xocalıda mənim dostlarımda şəhid olub. Ermənilər çox vəhşicəsinə bizim camaatı qırdılar. Onlar səhərə qədər yalvararaq kömək istədilər. Amma bizim gücümüz çatmadı ki, onlara dəstək olaq. Çox çətin və dəhşətli anlardır”.

Şəhər sakini Mirzə Sadıqov: “Bu sadəcə vəhşilikdir. Başqa bu barədə danışmaq olmur. Allah bütün Xocalıda ölən şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Biz bu tarixi heç vaxt unuda bilmərik”.

Şəhər sakini Zümrüd Qafarova: “26 fevral tarixində xocalılarımız Allah bilir bu soyuqda nə zülmlə öz evlərini tərk ediblər. Ayaqyalın şəkildə əsir düşüb, öldürülüblər. Bunları danışanda belə tüklərim biz-biz olur”.

Şəhər sakini Tural Məmmədli: “Xocalı faciəsi bizim qan yaddaşımızdır. Bizə daim məktəbdə bu barədə məlumat verirlər. Hər il Xocalı soyqırımı ərəfəsində müxtəlif tədbirlər keçirdirik, şeirlər öyrənirik. 26 fevralda da hər il “Ana harayı” abidəsini ziyarət edirik”.

Şəhər sakini Aysel Hüseynli: “26 fevral Azərbayca xalqına qarşı soyqırım törədilib. Bu barədə hər zaman bizə məktəbdə məlumat verib, öyrədirlər. Bizdə bununla bağlı heçnəyi unutmarıq”.

Şəhər sakini Aydın Hüseynli: “Mən özüm ağdamlı olaraq Xocalı hadisələrini öz gözümlə görmüşəm. Bu gün orada yaralanmağımdan 31 ilidir ötür. Bu günlər yaddan çıxarılası bir tarix deyil. Bir döyüşçü olaraq gənc yaşımda yaşadığım bu hadisələr daim beynimdədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Fevral 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri