Icma.az
close
up
RU
11 min manata evlər! Əhalinin NƏZƏRİNƏ

11 min manata evlər! Əhalinin NƏZƏRİNƏ

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda fevralın 12-də xüsusi müsadirə edilmiş əmlakların hərracı keçiriləcək.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hərraca müxtəlif ərazilərdə yerləşən mənzillər, qeyri-yaşayış sahələri və torpaq sahələri çıxarılacaq.

Hərrac Bakı şəhəri və ölkənin bir sıra rayonlarını əhatə edəcək. Satışa çıxarılan əmlaklar və onların start qiymətləri aşağıdakı kimidir:

Bakı şəhəri üzrə:

Nizami rayonu: Əlif Hacıyev küçəsində yerləşən 154.9 kv.m-lik mənzil 255 000 manat start qiyməti ilə hərraca çıxarılır. Bu mənzil artıq ikinci dəfə təkrar satışa çıxarılır.

Yasamal rayonu: H.Zərdabi prospektində 95.51 kv.m sahəyə malik mənzil 171 000 manat qiymətlə hərraca təqdim edilir. Bu əmlak üçüncü dəfə təkrar hərraca çıxarılır və əvvəlki satış qiymətinə 10% endirim tətbiq olunub.

Xətai rayonu: 2 ədəd Samsung Galaxy A3 markalı mobil telefon hər biri 120 manat start qiyməti ilə satışa çıxarılacaq. Bu telefonlar artıq beş dəfədən çox hərraca təqdim edildiyindən 50% endirim tətbiq edilib.

Regionlar üzrə:

Gədəbəy rayonu: S.Vurğun küçəsində, “Köhnə bazar” adlanan ərazidə yerləşən 70 kv.m qeyri-yaşayış sahəsi 10 000 manat start qiyməti ilə hərraca çıxarılır. Əmlak üçün 50% endirim nəzərdə tutulub.

Goranboy rayonu: Aşağı Ağcakənd qəsəbəsində yerləşən müxtəlif ölçülü torpaq sahələri satışa çıxarılıb. Qiymətlər 3 750 manatdan 11 000 manatadək dəyişir və bütün torpaq sahələrinə 50% endirim tətbiq olunub.

Xızı rayonu: Qızılqazma kəndində yerləşən 150 kv.m sahəsi olan bağ evi 75 000 manat, M.Müşviq küçəsindəki 200 kv.m fərdi yaşayış evi isə 80 000 manat start qiyməti ilə satışa çıxarılır. Hər iki əmlak üçün də 50% endirim nəzərdə tutulub.

Hərracda iştirak qaydaları:

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər Əmlak Xidmətləri Məkanına müraciət edərək sifariş verməlidirlər.

İştirakçılar:

Satışa çıxarılan əmlakın ilkin satış qiymətinin 10%-i qədər beh ödəməlidirlər;

Hüquqi şəxslər üçün təsis sənədlərinin təsdiqlənmiş surətini təqdim etməlidirlər;

Fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti tələb olunur;

Behin ödənildiyini təsdiq edən sənəd təqdim olunmalıdır.

Sifarişlər Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında hərracdan ən azı 3 bank günü əvvəl qəbul edilir.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 195-1.

Qeyd edək ki, hərrac zamanı iştirakçılar minimum hərrac addımı olaraq ilkin satış qiymətinin ən azı 1%-i qədər artırımla təklif verə bilərlər. Təkliflərin qəbul olunması ilə əmlak ən yüksək məbləği təklif edən şəxsə satılacaq.(Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri