Icma.az
close
up
RU
Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə evlər ucuzlaşacaq KONKRET

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə evlər ucuzlaşacaq KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtda və regionlarda son dövrlərdə tez-tez müşahidə olunan su basmaları daşınmaz əmlak bazarında yeni tendensiyaların formalaşmasına səbəb olub. Xüsusilə, fərdi yaşayış evlərinin yerləşdiyi ərazilərdə infrastruktur problemləri və kanalizasiya sistemlərinin zəifliyi alıcıların seçim meyarlarına ciddi təsir göstərir. Ekspertlər hesab edir ki, bu kimi risklər qısamüddətli dövrdə tələbatın istiqamətini dəyişsə də, uzunmüddətli perspektivdə bazarın strukturuna təsiri müzakirə mövzusu olaraq qalır.

Bəs subasma riski olan ərazilərdə mənzillərə marağın azalması bazarda davamlı dəyişiklik yarada bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, son hadisələr istehlakçı davranışına birbaşa təsir edir:

“Alıcılar artıq əmlak seçərkən daha diqqətli davranırlar və xüsusilə fərdi evlərdə ərazinin su basma riskinə məruz qalıb-qalmaması əsas meyarlardan birinə çevrilib. İstehlakçı baxacaq ki, bu ərazi su basan zonadadır, yoxsa yox. Kanalizasiya sisteminin olub-olmaması da çox önəmli olacaq”, – deyə ekspert vurğulayıb.

E.Azadov qeyd edib ki, bu kimi riskli ərazilərdə yerləşən əmlaklara tələbatın azalması qaçılmazdır.

“Əksinə, kanalizasiya sistemi mövcud olan və relyefi daha hündür ərazilərdə yerləşən mənzillərə maraq artacaq.

Bu, daha çox müvəqqəti haldır. Təxminən 6 ay – 1 il ərzində insanlar bu məsələlərə daha həssas yanaşacaq, lakin zaman keçdikcə bu faktor yenidən arxa plana keçə bilər”.

Elnur Azadov əlavə edib ki, problemin həlli istiqamətində artıq müəyyən addımlar atılır.

“Belə ki, Bakı və ətraf ərazilərdə kanalizasiya sistemi olmayan zonalarda mini kollektorların tikintisi ilə bağlı qərar qəbul edilib və layihənin icrasına başlanılıb. 2026-ci ilin sonuna qədər bu layihə ərazilərin təxminən 50-60 faizini əhatə edə bilər”.

Ekspert hesab edir ki, infrastrukturun inkişafı gələcəkdə bu kimi riskləri minimuma endirəcək və bazarda mövcud balansın yenidən bərpa olunmasına şərait yaradacaq.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Aprel 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri