Icma.az
close
up
RU
11 sentyabr hadisələri Azərbaycan antiterror fəaliyyətində ABŞ a dəstək verən ilk ölkələrdəndir

11 sentyabr hadisələri Azərbaycan antiterror fəaliyyətində ABŞ a dəstək verən ilk ölkələrdəndir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqton, 11 sentyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarında 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktından 24 il keçir. Həmin gün “Əl-Qaidə” terror təşkilatının üzvləri dörd sərnişin təyyarəsini ələ keçirərək Nyu-York, Vaşinqton və Pensilvaniyaya hücum etdilər. İki təyyarə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin qüllələrinə çırpıldı, üçüncü təyyarə Vaşinqtonda Pentaqonun binasının bir hissəsini dağıtdı, dördüncü təyyarə isə Pensilvaniyada “missiyasını” yerinə yetirə bilmədi. Terror hücumları nəticəsində təxminən 3 min nəfər öldü, 6 mindən çox insan xəsarət aldı. Həmin gün Birləşmiş Ştatların tarixində ən faciəli günlərdən biri hesab olunur.

11 sentyabr hadisələrindən sonra dünyanın təhlükəsizliklə bağlı yanaşmasında yeni dövr başladı. Azərbaycan antiterror fəaliyyətində ABŞ-a dəstək verən ilk ölkələrdən oldu. Hadisədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev bəyanat verərək, terrora qarşı mübarizədə Azərbaycanın ABŞ-a hər cür dəstək verməyə hazır olduğunu bildirdi. Bununla da, iki ölkə arasında münasibətlər yeni mərhələyə keçdi və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələri quruldu.

Qeyd edək ki, Azərbaycan həm də coğrafi mövqeyinə və enerji resurslarına görə Vaşinqton üçün önəmli rola malikdir. Bayden administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərində soyuqluq yaransa da, Trampın hakimiyyətə gəlməsi ilə ölkələrimiz arasındakı əlaqələr də yeni mərhələyə qədəm qoydu. ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Robert Sekuta deyir ki, Azərbaycanın dəstəyi ABŞ tərəfindən yüksək qiymətləndirilir. “Hesab edirəm ki, Azərbaycanın terrorizmlə mübarizədə ABŞ-la necə işlədiyini unutmaq olmaz. Bilirsiniz ki, Azərbaycan bölmələri Əfqanıstanda bizimlə, NATO ilə bir yerdə xidmət edib. Azərbaycan sülhməramlıları Kabul hava limanını ABŞ hərbçiləri ilə birlikdə ən sonda tərk edib. Birləşmiş Ştatlar hələ də bu sahədə Azərbaycanla əməkdaşlıq etməli və terrorla mübarizə aparmalıdır. Bu, həm azərbaycanlılar, həm də amerikalılar üçün həqiqətən çox vacib bir məsələdir”,- deyə o əlavə edib.

11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək üçün ABŞ Senatı Prezidentə 907-ci düzəlişin tətbiqindən imtina etmək imkanını verən düzəliş qəbul edib. Azərbaycan ilk gündən ABŞ-ın terrorla mübarizə səylərinə və NATO-nun Əfqanıstandakı missiyasına dəstək verib. NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Azərbaycan hökuməti özünün quru, hava və su məkanını müvafiq yükdaşımalarının həyata keçirilməsi üçün açıb.

Bu ilin avqustundan etibarən isə ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ başlayıb. Artıq tərəflər əlaqələrin möhkəmləndirilməsi və daha dayanıqlı əməkdaşlıq platformasının formalaşdırılması məqsədilə strateji tərəfdaşlıq xartiyası üzərində iş aparırlar. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı Prezident Donald Trampın səsləndirdiyi mühüm fikirlər, habelə gələcək əməkdaşlıq istiqamətində atılan qətiyyətli addımlar, əslində 11 sentyabr hadisələrindən sonra Azərbaycanın etibarlı tərəfdaş kimi özünü sübut etməsinin məntiqi davamıdır.

Başqa sözlə, uzun illərdir formalaşan qarşılıqlı etimad və əməkdaşlıq ənənəsi bu gün yeni məzmunla zənginləşərək daha da inkişaf edir, ikitərəfli əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri