Icma.az
close
up
RU
Azərbaycan ən təhlükəsiz ölkələrdəndir...

Azərbaycan ən təhlükəsiz ölkələrdəndir...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq hesabatlar da bunu təsdiqləyir

Yerləşdiyimiz regionun strateji əhəmiyyəti, geosiyasi atlası bir çox ştrixlərinə görə bizi digər bölgələrdən fərqləndirir. İqtisadi qovşaq olmamız, siyasi maraqların həm toqquşduğu, həm də uzlaşma məkanına çevrildiyi coğrafiya kimi müəyyənləşməyimiz bir çox mənalarda həm üstünlük yaradır, həm də diqqətli və ciddi yanaşma tələb edir. Nəzərə alınmalıdır ki, son illərdə yaşadığımız bölgədə gedən siyasi-hərbi proseslər mühüm reallıqlar formalaşdırıb. 2020-ci ildə Bakının iradəsi əsasında Cənubi Qafqazın təhlükəsizlik meyarlarının əsaslı şəkildə dəyişməsi isə qlobal diqqəti bu bölgəyə daha çox fokuslandırıb. Yeni reallıqların müəllifi olan Azərbaycanın Cənubi Qafqazın gələcək inkişafı ilə bağlı apardığı siyasi xətt birmənalı şəkildə əməkdaşlığa, sülhə və sabitliyə əsaslanır. Bu amillər kompleks şəkildə bölgənin yeni iqtisadi inkişaf mərhələsini yaradır - yaradılan yeni siyasi-iqtisadi konfiqurasiya özündə bölgə dövlətlərinin ümumi əməkdaşlıq maraqlarını ifadə edir. Ən əsası isə bu reallıqlar yeni ticari münasibətlər sisteminin xəritəsini formalaşdırır - Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya üzərindən keçən tranzit xətlərinin, iqtisadi imkanların diversifikasiyası yaxın perspektiv üçün mühüm proqnozlar yaradır. Perspektivi böyük olan bu əməkdaşlıq platformalarının inkişafı, iqtisadi əlaqələndirmənin daha dinamik formada həyata keçirilməsi, ticari münasibətləin intensivləşməsi birmənalı şəkildə mühüm şərtlərə əsaslanır - bu şərtlərdən ən ümdəsi isə təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan təhlükəsizliyin təmini məsələsində də qlobal reytinqlərdə ön sıralardadır.

Qlobal reytinqdə ən təhlükəsiz ölkələr sırasında

Yeri gəlmişkən, “Global Terrorism Index 2026” (GTI) Hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib. Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1. Pakistan (8.574), 2. Burkina-Faso (8.324), 3. Niger (7.816) daxil edilib.

Qeyd olunan sıralamada Suriya (7.38) 6-cı, İsrail (6.79) 10-cu, Əfqanıstan (6.678) 11-ci, Hindistan (6.428) 13-cü, Rusiya (5.593) 17-ci, İran (5.477) 18-ci, ABŞ (4.521) 28-ci, Almaniya (4.447) 29-cu, Fransa (3.224) 35-ci, Türkiyə (3,212) 36-cı, Çin (1.311) 54-cü, İsveçrə (0.749) 67-ci, Birləşmiş Ərəb Əmirlikləri (0.749) 68-ci, Gürcüstan (0.506) 77-ci, Ermənistan (0.483) 81-ci yerdə qərarlaşıb.

Ötən ilin hesabatına əsasən terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan 2026-cı ildə üç reytinq də yüksələrək “0.123” indekslə 93-cü yerdə qərarlaşmış, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahib olub.

“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanan “Global Terrorism Index” hesabatları Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı, digər beynəlxalq təşkilatlar və beynəlxalq akademik institutlar üçün istinad mənbəyi kimi çıxış edir. Hesabatlar eyni zamanda ölkələrə geniş iqtisadi infrastrukturda xarici investisiya yatırımları zamanı nəzərə alınan əsas mənbələrdən hesab olunur.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, dini, siyasi, milli və digər zəminlərdə terror-təxribat təhdidlərinin yüksək olduğu kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda yerləşsə də, uğurlu daxili və xarici dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada çox yüksək daxili təhlükəsizlik reytinqinə sahib olub.

Bakının təhdidlərə qarşı effektiv mübarizəsi...

Sirr deyil ki, müasir beynəlxalq münasibətlər sistemi klassik hərbi qarşıdurmalardan kənara çıxaraq müasir dövrdə daha mürəkkəb təhlükələr toplusu ilə üz-üzə qalıb - bu gün terror şəbəkələri, transmilli cinayətkarlıq, narkotik qaçaqmalçılığı, miqrasiya böhranları, kiberhücumlar və informasiya müharibələri dövlətlərin təhlükəsizlik müstəvisini ciddi sınağa çəkir. Mərkəzi Avropada baş verən konfrantasiyalar, Yaxın Şərqdə davam edən qarşıdurmalar, Afrika və Asiyada separatizm ocaqları beynəlxalq təhlükəsizlik sisteminin zəif bəndlərini açıq şəkildə üzə çıxarır. Bu mənzərə göstərir ki, hər bir ölkənin təhlükəsizliyi qlobal sabitlikdən birbaşa asılıdır.

Təhlükəsizlik məsələlərinin effektiv həllində vahid yanaşma, dövlətlərin həmrəyliyi və kəşfiyyat qurumlarının əməkdaşlığı xüsusi rol oynayır. Kəskinləşən ziddiyyətlərin hökm sürdüyü qlobal nizamda Azərbaycan təhlükəsizlik siyasətini yalnız öz milli maraqları çərçivəsində deyil, ümumbəşəri dəyərlər və beynəlxalq sabitlik naminə həyata keçirir. Bu isə ölkəmizi qlobal təhlükəsizlik arxitekturasının mühüm dayaqlarından birinə çevirir. Təsadüfi deyildi ki, Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirmişdi ki, indi hər zamankından daha aydın görünür ki, təhlükəsizlik, sabitlik və təhlükəsiz yaşayış məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır: “Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. İnkişaf üçün illərlə, hətta onilliklərlə investisiya qoymuş ölkələr indi risklərlə üz-üzədir. Buna görə də təhlükəsizlik və sabitlik səylərimizi birləşdirməli olduğumuz əsas amil olmalıdır. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”.

Bəli, xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu hazırki real siyasi proseslərdə özünü doğruldur - beynəlxalq münasibətlərin katklizmlərlə dolu mürəkkəb mərhələsində Azərbaycan Cənubi Qafqazı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir, bütün ölkələrin təhlükəsizlik reflekslərini bölgəyə yönləndirir. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq maraqlarını bizim coğrafiyada cəmləyir. Terrorizmə qarşı mübarizədə mühüm qətiyyət nümayiş etdirən Azərbaycan qeyri-adekvat halların istisna olunması üçün səylərini səfərbər edir - təhdid və təhlükələrə qarşı koordinasiyalı fəaliyyət təşkil edir, təşlükəsizliyi təmini üçün bütün gücləri birləşdirir.

Qlobal təhlükəsizliyin təmininə töhfə

Təəssüfləndirici haldır ki, qlobal mühitdə təhlükəsizliyə qarşı yaranan təhdidlər günü-gündən artmaqdadır. Dünya son illərdə geosiyasi ziddiyyətlərin daha da kəskinləşdiyi, yeni hərbi-siyasi gündəmlərin ortaya çıxdığı, beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir mərhələdən keçir. Müharibələr, terrorizm, hibrid təhdidlər və kiber hücumlar beynəlxalq təhlükəsizliyi zəiflədən amillər kimi ön plana çıxır. Belə bir mühitdə təhlükəsizlik sisteminin qorunub saxlanılması, yeni çağırışlara adekvat mexanizmlərin formalaşdırılması və qlobal həmrəyliyin təmin olunması bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycan da qlobal sülhə və təhlükəsizliyə əsas töhfə verən dövlətlərdən biri kimi, son illərdə həm regional, həm də beynəlxalq müstəvidə çoxşaxəli siyasət yürüdür. Bu siyasətin əsas prioritetlərinə diqqət yetirsək:

- Regional sabitlik və sülhün təşviqi:2020-ci il Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar əsasında Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına xidmət edir;

- Enerji təhlükəsizliyinə töhfə: Azərbaycan Avropanın enerji xəritəsində əsas təchizatçılardan biri, Yaxın və Orta Şərqin enerji təchizatında yeni oyunçu kimi qlobal enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Bu, siyasi sabitliklə yanaşı, iqtisadi təhlükəsizliyə də zəmanət verir;

- Beynəlxalq əməkdaşlıq - NATO ilə tərəfdaşlıq, Qoşulmama Hərəkatındakı fəallıq, BMT çərçivəsində təşəbbüslər Azərbaycanın təhlükəsizlik siyasətini daha da gücləndirir. Azərbaycan illərdir ki, qlobal təhdidlərin aradan qaldırılması, terrorizmə qarşı mübarizə periodlarında ön planda çıxış edir.

Beləliklə, ölkəmizin beynəlxalq təhlükəsizlik amilindəki yeri və rolu bütün konturlarla üzə çıxır - bu, digər dövlətlər tərəfindən də təsdiqlənir və dəyərləndirilir. Bakı bütün digər sahələrdə olduğu kimi, təhlükəsizlik məsələsində də regional mərkəz funksiyasını üstlənir.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Aprel 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see394

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see314

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see248

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see247

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see229

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see219

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see217

BET Awards 2026: Los Ancelesdə qırmızı xalının ən parlaq obrazları (FOTOLAR)

29 İyun 2026 15:01see212

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see211

Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ

29 İyun 2026 11:07see208

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see207

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see198

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see192

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see191

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see187

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see185

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see181

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see172

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see163

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri