Icma.az
close
up
RU
11 yaşlı azərbaycanlı məktəblinin böyük uğuru

11 yaşlı azərbaycanlı məktəblinin böyük uğuru

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Son illər Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar, eləcə də vətəndaşlarımızın istər idman, istərsə də digər sahələrdə əldə etdikləri nailiyyətlər milli maraqlarımızın möhkəmlənməsinə və ölkəmizin nüfuzunun artmasına böyük töhfə verir.

Belə istedadlı insanlarımızdan biri də “Dünya Məktəbi”nin 5-ci sinif şagirdi Ali Aslanovdur. Cəmi 11 yaşı olmasına baxmayaraq, Ali Aslanov beynəlxalq yarışlarda uğurla çıxış edir və qazandığı nailiyyətlərlə diqqət çəkir. Onun beynəlxalq arenadakı uğurları davam edir.

Alinin qazandığı uğurlara nəzər saldıqda görürük ki, cəmi 11 yaşlı şagird artıq kifayət qədər parlaq və uğurlu inkişaf yolu keçib.
Ali Aslanov qısa müddət ərzində robototexnika və proqramlaşdırma sahəsində əldə etdiyi beynəlxalq uğurlarla ölkəmizi nüfuzlu yarışlarda uğurla təmsil edərək yeni nailiyyətlərə imza atmaqda davam edir. 

20 noyabr 2014-cü il təvəllüdlü Ali Aslanov robototexnika və kodlaşdırma sahəsində ilk böyük beynəlxalq təcrübəsini 2023-cü ildə Rumıniyada keçirilən “RoboChallenge” olimpiadasında qazanıb. O, “Mini Sumo Kids” kateqoriyasında dünyanın müxtəlif ölkələrindən qatılan 200-dən çox komandanın mübarizə apardığı yarışda uğurla çıxış edərək 1/8 final mərhələsinə qədər yüksəlib.

2024-cü il Ali Aslanov üçün daha uğurlu olub. O, Bakıda keçirilən “Robotex Azərbaycan” yarışında “Mini Sumo” kateqoriyası üzrə I yerə layiq görülərək beynəlxalq final mərhələsinə vəsiqə qazanıb. Daha sonra Türkiyənin Antalya şəhərində təşkil olunan “Robotex International” yarışında da Mini Sumo kateqoriyasında bütün rəqiblərini geridə qoyaraq I yeri qazanıb və Azərbaycanı beynəlxalq arenada ən yüksək pillədə təmsil edib.

Həmin il Ali Aslanov “STEM Olimpiadasının” kodlaşdırma istiqaməti üzrə onlayn seçim mərhələsini uğurla keçərək final mərhələsinə vəsiqə qazanıb. 2024-cü ilin iyul ayında Niderlandda keçirilən final mərhələsində iştirak edərək Azərbaycan komandasının müxtəlif istiqamətlər üzrə medal qazanmasına öz töhfəsini verib.

2025-ci ildə isə Ali Aslanov daha bir mötəbər beynəlxalq uğura imza atıb. O, “NEO Science Olympiad” beynəlxalq olimpiadasının final mərhələsində iştirak edərək Amerika Birləşmiş Ştatlarında ölkəmizi təmsil edib və kodlaşdırma istiqaməti üzrə bürünc medal qazanıb.

Ali Aslanovun ən böyük uğuru isə 2026-cı ilin iyul ayında İtaliyanın Roma şəhərində keçirilən “STEM Olympiad Grand Final” yarışında qeydə alınıb. O, kodlaşdırma istiqaməti üzrə bütün iştirakçıları geridə qoyaraq Dünya Çempionu adına layiq görülüb və I yeri qazanaraq Azərbaycan bayrağını beynəlxalq arenada zirvəyə yüksəldib.

Ali Aslanov robototexnika və proqramlaşdırma bacarıqlarını “Maestro School” tədris mərkəzində əldə edib. O, bütün qeyd olunan beynəlxalq yarışlarda məhz Maestro School komandasının tərkibində iştirak edərək qazandığı uğurlarla həm təhsil müəssisəsinin, həm də Azərbaycanın adını beynəlxalq səviyyədə layiqincə təmsil edib.

Ali Aslanovun qazandığı nailiyyətlər ölkəmizdə robototexnika və proqramlaşdırma sahəsində yetişən gənc nəslin potensialını nümayiş etdirir və Azərbaycan məktəblilərinin beynəlxalq STEM yarışlarında yüksək nəticələr əldə edə biləcəyinin bariz nümunəsidir.

Qeyd edək ki, Ali Aslanov beynəlxalq yarışlara müəllimi Murad Əliyevin rəhbərliyi ilə hazırlanaraq uğurlu nəticələr əldə edib.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyul 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri