Məktəblinin uğuru
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Asia World Brain Cup-2026” Beynəlxalq Çempionatında azərbaycanlı məktəbli yüksək nəticə əldə edərək uğura imza atıb.
4B sinif şagirdi Kamil Məmmədli abaküs, mental arifmetika və riyaziyyat istiqamətləri üzrə nümayiş etdirdiyi yüksək performansa görə sertifikatla təltif olunub. Beynəlxalq səviyyəli yarışmada iştirak edən Kamil öz bilik və bacarıqlarını nümayiş etdirərək fərqlənməyi bacarıb.
Qeyd edək ki, abaküs və mental arifmetika üzrə məşğələlər uşaqlarda hesablama bacarıqlarının inkişafına, diqqətin cəmlənməsinə, yaddaşın möhkəmlənməsinə və məntiqi təfəkkürün formalaşmasına mühüm töhfə verir. Bu sahədə keçirilən beynəlxalq yarışmalar isə şagirdlərə biliklərini sınamaq, öz potensiallarını nümayiş etdirmək və müxtəlif ölkələrdən olan həmyaşıdları ilə rəqabət aparmaq imkanı yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 02 Noyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















