111 milyard dollarlıq nəhəng sövdələşmə təxirə salındı
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Paramount Skydance Corp." ilə "Warner Bros. Discovery" arasında planlaşdırılan 111 milyard dollarlıq birləşmə müqaviləsinin icrası 1 iyun 2027-ci ilədək təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Variety" nəşri məlumat yayıb.
Məlumata görə, təxirəsalma antiinhisar araşdırması ilə əlaqədardır.
Kaliforniya da daxil olmaqla 12 ştat sövdələşmənin dayandırılması üçün məhkəməyə müraciət edib. Onlar hesab edirlər ki, bu birləşmə kino sənayesində rəqabəti zəiflədə bilər.
"Amerika həyatında mühüm əhəmiyyət daşıyan bazarlarda az sayda korporasiyanın həddindən artıq güc qazanması qiymətlərin artmasına və vəziyyətin daha da pisləşməsinə səbəb olur", - deyə Kaliforniyanın baş prokuroru Rob Bonta "Paramount Skydance Corp." ilə bağlı razılaşmanı şərh edərkən bildirib.
Xatırladaq ki, iyun ayında ABŞ Ədliyyə Nazirliyi "Paramount Skydance Corp." şirkətinin "Warner Bros. Discovery"ni alması ilə bağlı sövdələşməni təsdiqləmişdi. Qurumun qənaətinə görə, bu birləşmə nə rəqabətə, nə də istehlakçılara zərər vuracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 İyul 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















