Icma.az
close
up
RU
Çin idxal sərgisində 83,5 milyard dollarlıq sövdələşmə imzalanıb

Çin idxal sərgisində 83,5 milyard dollarlıq sövdələşmə imzalanıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pekin, 11 noyabr, AZƏRTAC

Çinin əsas maliyyə mərkəzi olan Şanxayda keçirilmiş 8-ci Çin Beynəlxalq İdxal Sərgisində 83,5 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.

AZƏRTAC sərginin təşkilat komitəsinə istinadla xəbər verir ki, bu rəqəm ötənilki göstəricidən 4,4 faiz çox olmaqla yanaşı, idxal sərgiləri tarixində rekord nəticədir.

Noyabrın 5-10-da keçirilmiş sərginin gedişində 460 məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunub. Şanxay sərgisinə 154 ölkə və beynəlxalq təşkilatdan 4100 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 290 şirkət qatılıb, 460 minən çox peşəkar ziyarətçi, o cümlədən idxalçı şirkətlərin nümayəndələri sərgini ziyarət edib. Çin Xalq Respublikasının Sədri Si Cinpinin himayəsi ilə keçirilən sərgi idxal məhsullarının və xidmətlərinin Çin bazarına daxil olmasını təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Şanxay sərgisi dünyada ölkə səviyyəsində keçirilən ilk böyük idxal sərgisidir.

Qeyd edək ki, Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçılarından olan Azərbaycanın İqtisadiyyat Nazirliyi və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə sərgidə vahid ölkə və kommersiya stendləri fəaliyyət göstərib. Ölkə stendində Azərbaycanın turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əldə olunmuş nailiyyətləri, perspektivlər, həmçinin əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri və tematik videoçarxlar nümayiş olunub. Stenddə Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, o cümlədən milli geyimlər, musiqi alətləri, xalça nümunələri, keramika məhsulları təqdim edilib. “Made in Azerbaijan” stendində isə Azərbaycan şirkətlərinin istehsal etdikləri şərab, brendi və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, fındıq, nar şirəsi, konservlər və s. məhsullar nümayiş olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri