Icma.az
close
up
RU
113 yaşlı Xeyrənsə nənə: Dünyanın ən gözəl yerinə köçmüşəm!

113 yaşlı Xeyrənsə nənə: Dünyanın ən gözəl yerinə köçmüşəm!

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

"Sizi Kəlbəcərin bu xoş günlərində, yığıncağın keçirildiyi məkandan salamlayıram!"

Ölkə.az xəbər verir ki, bu sözləri Modern.az-la həmsöhbət olarkən səfalı Kəlbəcərin ən yaşlı sakini 113 yaşlı Xeyrənsə Baxışəliyeva söyləyib.

O, deyib ki, Kəlbəcər şəhər gününü bu yaşında doğma el-obasında qeyd etmək ona sanki yenidən yaşamaq eşqi verir: 

“Kəlbəcəri uşaqlığımdan adi bir dağ kəndi kimi xatırlayıram - nə həkimi, nə müəllimi, nə də küçəsi var idi. Cəmi bir neçə uçuq-sökük damdan ibarət kiçik bir yer idi. O dövr yaddaşıma ona görə həkk olunub ki, atam, anam, doğmalarım sağ idilər və mən onların himayəsində, qayğısı içində yaşayırdım. Kəlbəcərin hər guşəsi, hər qarış torpağı mənim üçün doğma və əzizdir.

Bu gün Kəlbəcərin abadlaşmasını, yenidən qurulmasını görəndə böyük sevinc hissi keçirirəm. Əminəm ki, Kəlbəcər daha da gözəlləşəcək. Kəlbəcər şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə - öz təbiətinə, ruhuna uyğun gözəllik diyarına çevriləcək”.

Xeyrənsə nənə, bildirib ki, həyatında unudulmaz günləri çox olub, amma 44 günlük Vətən müharibəsi və onun son nöqtəsi olan 25 noyabr 2020-ci il tarixi - ermənilərin Kəlbəcədən çıxdığı gün onun üçün ən yaddaqalan günlərdən biridir:

“Uzunömürlülüyümün sirrinə gəlincə isə dərd-kədəri özümə yük etməmək, hisslərimi büruzə verməmək, qonşu-qohuma giley etməmək, hər zaman xeyirxah olmağa, insanlara yaxşılıq etməyə çalışmağım deyərdim”.

Xeyrənsə nənənin sözlərinə görə, Vətən və Kəlbəcər dedikdə onun gözünün önündə böyük-kiçik yeri bilən, qayda-ənənəsi olan bir məkan canlanır: 

“Kəlbəcər elə bir yerdir ki, bu gününü gözəlliklə yaşadır, artıq və mənasız adətləri özündən uzaq tutur, amma gələcək üçün dəyərli olan ənənələri yaşadır, qoruyur. Kəlbəcərdə ən çox sevdiyim adət isə böyük-kiçik yeri bilməkdir. Bu, bizim kimliyimizi yaşadan ən gözəl xüsusiyyətlərdən biridir”,- deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Noyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri