Icma.az
close
up
RU
Ömrün ustadları : Kəlbəcərin ən yaşlı sakini 18 nəticəsi, 3 kötükcəsi olan Xeyrənsə nənə

Ömrün ustadları : Kəlbəcərin ən yaşlı sakini 18 nəticəsi, 3 kötükcəsi olan Xeyrənsə nənə

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kəlbəcər rayonunun işğaldan azad edilməsinin 5-ci ili tamam olur. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, Ermənistan silahlı qüvvələri 25 noyabr 2020-ci ildə Kəlbəcəri tərk etdi və rayon Azərbaycanın nəzarətinə qaytarıldı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən isə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Səfalı dağları, zəngin təbiəti və mineral bulaqları ilə tanınan Kəlbəcər əsrlər boyu həm mədəni, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyıb. İşğaldan azad ediləndən sonra rayonda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yollar, enerji xətləri və yaşayış məntəqələri yenidən tikilir. Bu gün Kəlbəcər ekoturizm və kənd təsərrüfatı potensialı ilə ölkənin dinamik inkişaf edən bölgələrindən birinə çevrilməkdədir.

Kəlbəcər Şəhəri Günü həm rayonun azadlığını, həm də xalqımızın iradə və birliyini xatırladan xüsusi gündür. Bu tarix Kəlbəcərin yenidən doğuluşunun, onun işıqlı gələcəyinin rəmzi kimi qeyd olunur.

Modern.az saytının “Ömrün ustadları” rubrikasının budəfəki btəqdimatı Kəlbəcərin ən yaşlı sakini ilə bağlıdır. 

Kəlbəcərin ən yaşlı sakini Xeyrənsə İsmayıl qızı Baxışəliyevadır. O, 1 aprel 1913-cü ildə Kəlbəcər şəhərində dünyaya göz açıb. Kəlbəcərin dağlarında dünyaya göz açan, uşaqlığını sıldırım qayalar arasında, çiçəklərlə dolu yaylaqlarda keçirən Xeyrənsə nənənin gəncliyi sazlı-sözlü məclislərlə zəngin olub.

O, 1993-c ildə doğma yurdundan köçkün düşəndə 80 yaşı olub. Bu gün isə Xeyrənsə nənənin 113 yaşı var. Ömrünün tam 33 ili yurd həsrəti ilə keçib. Çoxları zənn edib ki, bu yaşdan sonra onun geri dönüşü mümkün olmayacaq. Amma Xeyrənsə nənə həm öz qətiyyəti, eləcə də yurduna olan dərin sevgisinin gücü ilə doğma torpağına dönə bildi və qələbənin sevincini öz gözləri ilə görmək ona nəsib oldu.

113 yaşlı Xeyrənsə Baxışəliyeva artıq bir neçə aydır ki, doğma Kəlbəcərdədir. Uzun illər doğma yurd, el-oba həsrəti ilə yaşayan Xeyrənsə nənənin 3 oğlu, 10 nəvəsi, 18 nəticəsi və 3 kötükcəsi var.

Biz də Xeyrənsə nənəyə möhkəm can sağlığı və uzun ömür arzu edirik!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri