1149 cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya müharibənin 1149-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 661 təyyarəsi, 283 helikopteri, 52 293 PUA-sı, 601 zenit-raket kompleksi, 22 876 tank və digər zirehli texnikası, 1 536 reaktiv yaylım atəş sistemi, 23 741 artilleriya və minaatanı, 34 203 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

