Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Hindistanda Uttar-Pradeş ştatının sakini olan gənc qız sevgilisinin köməyi ilə atasını öldürüb.
Bu barədə "The Times of India” məlumat yayıb.
Oktyabrın 25-də, bazar günü günorta saatlarında Kanpur şəhərində çoxmənzilli binanın sakinləri birinci mərtəbədəki otaqdan gələn kəskin və xoşagəlməz qoxu hiss ediblər. Hadisə yerinə gələn polis otaqda 55 yaşlı Şyam Sundar Kateriyanın qalıqlarını aşkar edib.
Şübhələr dərhal onunla birlikdə yaşayan 17 yaşlı kiçik qızına yönəlib. Qızın sevgilisi olub və Kateriya qəti şəkildə onların münasibətlərinə qarşı çıxıb. Məlumata görə, qızı bir neçə gündür görən olmayıb. Daha sonra o, sevgilisi ilə birlikdə saxlanılıb. Hazırda polis hadisənin bütün təfərrüatlarını araşdırır.
///publika///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 28 Oktyabr 2026 06:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















