Icma.az
close
up
RU
117 yaşlı Leyli və Məcnun operasının yeni səhnə quruluşunda FOTOLAR

117 yaşlı Leyli və Məcnun operasının yeni səhnə quruluşunda FOTOLAR

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir.
Ənənəvi musiqi bayramı bu il milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 fevral 2025-ci il tarixində dahi bəstəkarın yubileyi haqqında Sərəncam imzalanıb. 
Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verdiyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirib.
Sentyabrın 18-də Heydər Əliyev Sarayında festivalın rəsmi açılışı münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası nümayiş olunub.
Tamaşanı Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədr müavini Rafael Hüseynov, digər rəsmilər, diplomatik korpusun təmsilçiləri, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri, operasevərlər izləyiblər.
Üzeyir Hacıbəylinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) eyniadlı poeması əsasında 1908-ci ildə yazdığı opera bir əsrdən çoxdur ki, səhnələrin bəzəyidir.
Səhnə əsəri Əməkdar artist, rejissor Nicat Kazımov tərəfindən yeni quruluşunda hazırlanıb.
Orkestrin dirijoru Əməkdar artist Əyyub Quliyev, dekorasiyalar üzrə rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, kostyumlar üzrə rəssam Leyla Əliyeva, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
İkipərdəli, 6 şəkilli  tamaşada əsas rolları Əməkdar artist Arzu Əliyeva (Leyli), Xəyal Hüseynov (Məcnun), Taleh Yahyayev (Leylinin atası), Aytən Məhərrəmova (Leylinin anası), Mütəllim Dəmirov (Məcnunun atası), Afaq Ağayeva (Məcnunun anası), Əməkdar artistlər Təyyar Bayramov (İbn Salam), Cahangir Qurbanov (Nofəl) və başqaları oynayırlar.
Üzeyir Hacıbəylinin əbədiyaşar sənət incisi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Nümayişdən sonra tamaşanın bütün yaradıcı heyəti səhnənin önünə gəlib. Tamaşaçılar onları ayaq üstə sürəkli alqışlarla qarşılayıblar.
Bildirək ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı tarixində ilk dəfə olaraq builki musiqi bayramının tədbirləri paytaxtımızdan əlavə ölkəmizin 10-dan çox şəhər və rayonunu da əhatə edir. Unudulmaz bəstəkarın musiqi əsərləri əsasında konsert və müvafiq tədbirlərin təşkili nəzərdə tutulur.











Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri