Nəzakət Teymurova gənc Leyli və Məcnun u izlədi Fotolar
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri “Leyli və Məcnun” operası yeni quruluşda təqdim olunub.
Axşam.az xəbər verir ki, tamaşada Leyli obrazını xanəndə Rəvanə Əmiraslanlı canlandırıb. Məcnun obrazını isə Xəyal Hüseynov oynayıb. Rəvanə ona həvalə edilən obrazın öhdəsindən həm ifası, həm də aktrisalıq bacarığı ilə məharətlə gəlib.
“Leyli və Məcnun” yeni təqdimatda bir daha göstərdi ki, bəzi əsərlər zaman keçdikcə köhnəlmir. Sadəcə, hər nəsil onları öz dili, öz hissi və öz Leylisi ilə yenidən danışır.
Bu dəfə isə o hekayəni Rəvanə Əmiraslanlının Leylisi və Xəyal Hüseynovun Məcnunu danışdı.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, dirijoru Əməkdar artist Əyyub Quliyev, solo tardakı müşayiətçisi Əməkdar artist Elxan Mansurov, xormeysteri isə Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olub.
Tamaşa bu gün Heydər Əliyev Sarayında nümayiş olunub.
Tamaşanı izləyənlər arasında Xalq artisti Nəzakət Teymurova və Əməkdar artist Təyyar Bayramov da yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 17 Sentyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















