Icma.az
close
up
RU
12 ci Bakı Qlobal Forumu açıq müzakirələr üçün önəmli meydançaya çevriləcək

12 ci Bakı Qlobal Forumu açıq müzakirələr üçün önəmli meydançaya çevriləcək

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

12-ci Bakı Qlobal Forumu açıq və məzmunlu müzakirələr üçün aparıcı dünya liderlərini, beynəlxalq təşkilat nümayəndələrini və alimləri bir araya gətirən əlamətdar hadisə olmağı vəd edir.
Demokrat.az xəbər verir ki, bunu Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin 12-ci Bakı Qlobal Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
“Forum təxminən 400 iştirakçını bir araya gətirir ki, onların arasında azı 50 hazırkı və ya keçmiş prezidentlər və baş nazirlər, o cümlədən, BMT agentliklərinin rəhbərləri və akademik dairələrin aparıcı nümayəndələri yer alır”, - deyə o bildirib.
Onun sözlərinə görə, təcrübə toplamaq və analitik qənaətlərə gəlmək üçün müzakirələrin açıq, səmimi və hədəfli olması vacibdir.
İsmayıl Serageldin qeyd edib ki, builki forum xüsusi önəm daşıyacaq, belə ki, dünya irimiqyaslı dəyişikliklərlə üz-üzə qalıb.
“Dünyanın yeni düzəni necə olacaq? Sülh və inkişafın perspektivləri necədir? Məhz bu suallar müzakirələrdə mərkəzi yer tutacaq və o cür nüfuzlu şəxsiyyətlərin tədbirdə iştirakı ona xüsusi dəyər qatmış olur”, - deyə o bildirib.
İsmayıl Serageldin bildirib ki, tez-tez dəyişən beynəlxalq situasiya qarşıdakı müzakirələrə əlavə əhəmiyyət verir.
“Forum imkanlar və çağırışlar yaradan, onların həllini tələb edən yeni ittifaqların perspektivlərini nəzərdən keçirmək üçün unikal imkan təklif edir. Bu, son illərin ən maraqlı və məzmunlu tədbirlərdən biri olacaq”, -deyə o əlavə edib. (Trend)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri