Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Qlobal Bakı Forumu regionun ən önəmli platformalarından birinə çevrilib MÜSAHİBƏ

Qlobal Bakı Forumu regionun ən önəmli platformalarından birinə çevrilib MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 fevral, Ceyhun Xəlilov, AZƏRTAC

Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi mövqeyini gücləndirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi son illər qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış edir. Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumu dövlət və hökumət başçılarını, tanınmış siyasətçiləri və ekspertləri bir araya gətirərək beynəlxalq gündəmin formalaşmasına töhfə verir. Forumlar həm də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən strateji mesajların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Strategiya və Dayanıqlılıq üzrə baş direktoru Rza Əliyevin AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzin qlobal təşəbbüsləri, beynəlxalq təşkilatlarla əməkdaşlığı, XIII Qlobal Bakı Forumuna hazırlıq prosesi və Gənc Liderlər Proqramının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Müsahibəni təqdim edirik.

- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qlobal təşəbbüsləri Azərbaycanın geosiyasi mövqeyinə və regional liderlik roluna necə töhfə verir? Multikulturalizm və qarşılıqlı anlaşma təşəbbüsləri region ölkələri üçün hansı konkret üstünlüklər yaradır və gələcək layihələrdə Azərbaycanın strateji maraqları hansı mexanizmlərlə qorunacaq? Həmçinin bu təşəbbüslərin uğurunu necə qiymətləndirirsiniz?

- Qlobal Bakı Forumu Azərbaycanın, Cənubi Qafqazın, Mərkəzi Asiyanın, Yaxın Şərqin və daha geniş siyasi regionun ən önəmli platformalarından birinə çevrilib. Artıq 13 ildir ki, dövlət və hökumət başçıları, xarici işlər nazirləri, Nobel mükafatçıları və dünyanın tanınmış siyasətçiləri bu platformada iştirak edirlər. Ənənəvi olaraq hər il Azərbaycan Prezidentinin himayəsində keçirilən Foruma bu günədək 4000-ə yaxın iştirakçı qatılıb.

Onu da qeyd edim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hər il təşkil etdiyi Qlobal Bakı Forumu Prezident İlham Əliyevin verdiyi mühüm siyasi mesajların dünya səviyyəsində çatdırılmasında əhəmiyyətli rol oynayır. Mərkəzin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, o, il ərzində yalnız bir tədbirlə məhdudlaşmır, dünyanın müxtəlif regionlarında və beynəlxalq platformalarda mütəmadi tədbirlər təşkil edir.

Hər il BMT-nin Cenevrə Ofisində, Nyu-Yorkda, o cümlədən Avropa İttifaqı çərçivəsində, Orta Şərq və Mərkəzi Asiya ölkələrində, xüsusilə də Çin Xalq Respublikasında müxtəlif tədbirlər keçirilir. Son illər ərzində Mərkəz beynəlxalq platformalarda iştirak coğrafiyasını daha da genişləndirib. Buna misal olaraq, 2025-ci və 2026-cı illərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan tədbirləri göstərmək olar.

- Cenevrədəki 35-ci Ali Səviyyəli Toplantı, “Imperial Springs 2025” və BMT Sivilizasiyalar Alyansının 11-ci Forumunda iştirak zamanı əldə etdiyiniz ən əhəmiyyətli nəticələr hansılardır və XIII Qlobal Bakı Forumu üçün hansı strateji və praktik hazırlıqlar görülür?

- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Cenevrədə keçirilən 35-ci Ali Səviyyəli Toplantı, həmçinin Mərkəzin tərəfdaşlığı ilə baş tutan “Imperial Springs 2025” və BMT Sivilizasiyalar Alyansının Ər-Riyadda keçirilən toplantısı Qlobal Bakı Forumunun hazırlıq prosesi baxımından önəmli rol oynayıb.

Tədbirlər çərçivəsində Mərkəzin İdarə Heyətinin üzvləri xüsusi toplantı keçirib və koordinasiya görüşü təşkil olunub. Həmin görüşlərdə Qlobal Bakı Forumunun proqramı, iştirak edəcək qonaqların siyahısı, göndəriləcək dəvətlər və bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb, eyni zamanda, dünyanı narahat edən mövzuların Forumun gündəliyinə cəlb olunması müzakirə edilib.

- XIII Qlobal Bakı Forumu və digər beynəlxalq tədbirlər çərçivəsində əsas gündəm mövzuları hansılardır? Bu forumlarda irəli sürülən yeni əməkdaşlıqlar və təşəbbüslərin praktik nəticələri nələrdir, uzunmüddətli perspektivdə Azərbaycanın beynəlxalq nüfuzuna hansı töhfələri verə bilər və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu əməkdaşlıqların uğurunu necə qiymətləndirir?

- Qlobal Bakı Forumu Azərbaycan Respublikasının, Cənubi Qafqazın, Mərkəzi Asiyanın və daha geniş siyasi regionun ən önəmli platformalarından biridir. Forumda Orta Dəhliz, TRIPP layihəsi, “Bir kəmər, bir yol” təşəbbüsü, Avroatlantik münasibətlər, BMT-nin islahatları və qlobal gündəmdə yer alan digər mühüm məsələlər müzakirə olunacaq.

Nəzərə alsaq ki, burada dünyanın nüfuzlu ekspertləri, indiki və sabiq dövlət və hökumət başçıları, BMT Baş Assambleyasının sabiq prezidentləri və BMT-nin hazırda vəzifədə olan qurum rəhbərləri iştirak edirlər, bu, Forumun əhəmiyyətini bir daha göstərir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT Sivilizasiyalar Alyansı, BMT-nin QİÇS üzrə Birgə Proqramı və digər qurumlarla tərəfdaşlıq edir. Eyni zamanda, “Bir kəmər, bir yol” təşəbbüsü - Mərkəzi Asiya – Cənubi Qafqaz transport dəhlizi, Orta Dəhliz, Dayanıqlı İnkişaf Məqsədləri, Qərbi Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyası və multilateralizmə davamlı dəstək məsələləri də diqqət mərkəzində saxlanılır.

- Dünya liderləri bu platformaları sülh və dialoq üçün əhəmiyyətli hesab edirlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi gələcəkdə hansı strateji əməkdaşlıqları prioritetləşdirir və bu əməkdaşlıqların uğurunu necə təmin etməyi planlaşdırır?

- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas prioritetləri Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsi, qlobal səviyyədə aktivliyinin artırılmasıdır. Bu çərçivədə xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, BMT Qadınlar Təşkilatı, BMT Məskunlaşma Proqramı və digər qurumlarla əməkdaşlıqların daha da dərinləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Eyni zamanda, il ərzində keçirilən xüsusi toplantılarda Mərkəzin üzvlərinin daha fəal iştirakı təmin olunur. Bu çərçivədə Mərkəz cari ilin fevral ayında Almaniyanın Münxen şəhərində keçirilən Təhlükəsizlik Konfransında iştirak edib, həmçinin Ümumdünya İqtisadi Forumunda və dünyanın digər nüfuzlu beynəlxalq platformalarında əsas tərəfdaş kimi təmsil olunur.

Bununla yanaşı, Çinlə əməkdaşlığın daha da dərinləşdirilməsi, Boao Asiya Forumu çərçivəsində iştirak, eləcə də Mərkəzin öz təşəbbüsü ilə təşkil etdiyi ali səviyyəli toplantılar Cənubi Qafqaz regionunun əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu fəaliyyətlər vasitəsilə regionumuza beynəlxalq diqqətin davamlı şəkildə yönəldilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.

- Gənc liderlər proqramı çərçivəsində yetişən iştirakçılar gələcəkdə hansı konkret rolları və təşəbbüsləri həyata keçirə bilərlər? Bu proqram regionlararası dialoq və beynəlxalq əməkdaşlıq üçün hansı yeni imkanlar açır və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti 5 illik prioritetləri bu proqram vasitəsilə qlobal gündəmə necə təsir edəcək? Həmçinin proqramın uğurunu necə qiymətləndirirsiniz?

- Gənc Liderlər Proqramına seçilən iştirakçılar təsadüfi gənclər deyil. Onların hər biri artıq öz sahəsində formalaşmış, peşəkar yolda ciddi mərhələlər keçmiş, parlaq potensiala malik gənclərdir. Bu proqram çərçivəsində dünyanın 40-dan çox ölkəsindən gənclər bir araya gəlib və çox qısa zamanda aralarında güclü və səmimi bağlar formalaşıb. Bu əlaqələr təkcə Forum günləri ilə məhdudlaşmır, uzunmüddətli dostluqlara və peşəkar əməkdaşlıqlara çevrilir.

Gənc liderlər həm bir-biriləri ilə, həm də Qlobal Bakı Forumunun yüksək səviyyəli qonaqları ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edirlər. Bu, onlar üçün yalnız dinləyici olmaq deyil, fikir bildirmək, sual vermək və real dialoqda iştirak etmək imkanı deməkdir. Zamanla Gənc Liderlər Proqramının məzunları vahid bir icma kimi formalaşıb. Bu icmanın üzvləri bir-birilərinə dəstək göstərir, müxtəlif ölkələrdə keçirilən layihələrdə yenidən bir araya gəlir və əməkdaşlıqlarını davam etdirirlər.

Proqramın ən real təsirlərindən biri də odur ki, bir çox gənc məhz Qlobal Bakı Forumu vasitəsilə karyera yolunda mühüm addımlar atmaq üçün motivasiya və güc toplayıb. Gənclər buradan yalnız əlaqələrlə deyil, daha böyük məsuliyyət hissi və qlobal düşüncə tərzi ilə ayrılırlar.

Mərkəzimiz üçün Gənc Liderlər Proqramı, sadəcə bir təşəbbüs deyil, uzunmüddətli bir investisiyadır. Növbəti illər ərzində bu icmanın daha da genişlənməsi, gənclərin beynəlxalq platformalarda daha görünən və təsirli olması və regionumuzla dünya arasında canlı bir körpü rolunu oynaması əsas prioritetlərdəndir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Fevral 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri