12 ci erməni Qarabağdan niyə getmək istəmədi Həkəri körpüsünə çatanda dedi ki...
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın təhvil vermək istədiyi ermənilərdən biri Qarabağdan getməkdən imtina edib.
Turkustan.az xəbər verir ki, bu haqda Nyus.am yazıb.
Həkəri körpüsünə çatanda Qarabağda yaşayan Mişa Qriqoriyan Ermənistana getmək fikrindən daşınıb və azərbaycanlı nümayəndələrdən onu geri qaytarmağı xahiş edib. Bu barədə Mişa Qriqoriyanın qohumu, Qarabağı tərk etmiş Tiqran Petrosyan bildirib.
Onun sözlərinə görə, Mişa azərbaycanlı nümayəndələrə Ermənistanda öldürüləcəyindən qorxduğunu deyib. Petrosyanın iddiasına görə, Mişa bunu Bakıda mühakiməsi davam edən keçmiş xunta rejiminin "dövlət naziri" Ruben Vardanyanın və digər hərbi canilərin əleyhinə ifadə verməsi ilə izah edib. Petrosyan Qriqoriyanın artıq Qarabağa qaytarıldığını açıqlayıb.
Xatırladaq ki, Qarabağda qalan 10 erməni və bir rus Ermənistana köçürülüb. Bu barədə sosial şəbəkədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat yayıb. /Musavat.com/
Baxış sayı:84
Bu xəbər 27 Yanvar 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















