Icma.az
close
up
RU
Juninyo Qarabağdan getmək istəyir

Juninyo Qarabağdan getmək istəyir

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının III turunda təxirə salınmış "Şamaxı" - "Qarabağ" matçı qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.

Manset.az Apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra baş tutan mətbuat konfransında oyunla bağlı fikirlərini söyləyib. Daha sonra isə jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Son saniyələrdə qələbə qolunu vurduq. Məğlub ola da bilərdik. Rəqib çox ağıllı müdafiə olundu, təhlükəli əks-hücumlara çıxırdı. Hətta qol da vurdular. Çox vacib 3 xal qazandıq. Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb".

- Leroy Mikels kimi futbolçunu komandanızda görmək istəyərsiz?

- Belə oyunçular var. Leroy çox yaxşı futbolçudur. Bəzi oyunçularda olmayan keyfiyyətləri var. Amma hər oyunçunun istənilən komandada oyununun alınması da sual atlındadır. Mikels ən ehtiyatlandığımız futbolçulardan biridir.

- Qış çempionu olduz. Bu mövsümü əvvəlkilərlə necə müqayisə edərdiz?

- Müqayisə etmək çətin olar. Hər oyunumuz gərgin alınıb. Həmişə ilin sonuna yaxın futbolçuların zədələnməsindən ehtiyatlanmışam. Amma təəssüflər olsun ki, bir neçə futbolçumuz zədələndi. Buna baxmayaraq, liderliyi qoruyub-saxlaya bildik. Bu il qış çempionluğu əvvəlki mövsümlərə baxanda çətin oldu.

- Juninyonun oynamaması transfer söz-söhbərləti ilə bağlıdır?

- Özü dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm. Səmimiyyətinə görə, ona təşəkkür etdim.

- Baş məşqçi olaraq sizin fikriniz necədir?

- Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır. Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma "Sevilya" kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur. Klubla danışıqlar gedir. Burada komandanın da marağı olmalıdır. Artıq Avropa bazarına çıxmışıq. Böyük 5-lik ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır. Bundan sonra bizə, çempionatımıza diqqət daha çox olacaq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq.

- Futbolçu özü nə düşünür?

- Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 19 Dekabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see340

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see310

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see280

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see217

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see210

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see200

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see196

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see187

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see179

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see173

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see171

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see162

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see158

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see158

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see157

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see155

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see154

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see151

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see141

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri