12 günlük qarşıdurma zamanı onlarla tibb işçisi yaralanıb
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranda 12 gün ərzində baş verən silahlı toqquşmalar tibb sektoruna ciddi ziyan vurub.
News24.az xəbər nverir ki, İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfərin verdiyi məlumata görə, baş verən hücumlar nəticəsində 20 tibb işçisi müxtəlif dərəcəli xəsarətlər alıb.
Miadfər bildirib ki, qarşıdurmalar zamanı 6 tibb məntəqəsi partlayış dalğasından zədələnib, 11 təcili yardım maşını isə tamamilə sıradan çıxıb. Onun sözlərinə görə, hadisələr bölgədə səhiyyə xidmətlərinin göstərilməsinə ciddi təsir göstərib.
Rəsmi məlumatlara əsasən, bu müddət ərzində təxminən 6 min yaralı xəstəxanalara yerləşdirilib. Hazırda zədələnmiş tibb mərkəzlərinin bərpası istiqamətində işlərə başlanılıb.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















