Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
London, 11 iyun, AZƏRTAC
Şimali İrlandiyanın Belfast şəhərində iyunun 8-də baş vermiş ağır bıçaqlanma hadisəsindən sonra başlayan iğtişaşlar ikinci gecə də davam edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Antrim qraflığında böyük kütləni dağıtmaq üçün polis ilk dəfə su şırnaqlarından istifadə edib. İğtişaşlar zamanı çevik polis qüvvələri daş, şüşə butulka və taxta parçaları ilə hücuma məruz qalıb. Nəticədə 12 polis əməkdaşı yaralanıb, 16 nəfər isə saxlanılıb.
Böyük Britaniyanın Şimali İrlandiya üzrə dövlət katibi Hilari Benn baş verən hadisələrdən sonra bölgədə etnik azlıqlar arasında qorxu hissinin yayıldığını bildirib. O, zorakılıq hallarını pisləyərək ictimai asayişin qorunmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, baş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Sudandan olan 30 yaşlı şəxs həbs edilib. O, məhkəmə qarşısına çıxarılıb və qəsdən adam öldürməkdə ittiham olunub. Hücum nəticəsində ağır xəsarətlər alan Stiven Oqilvinin ailəsi onun vəziyyətinin stabil olduğunu açıqlayıb və ictimaiyyəti sakitliyə çağırıb.
Polis hadisələrlə bağlı araşdırmaları davam etdirir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 11 İyun 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















