Icma.az
close
up
RU
120 milyona hərraca çıxarılan "Landmark"... Rəhbərlik etiraz edir

120 milyona hərraca çıxarılan "Landmark"... Rəhbərlik etiraz edir

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bir müddət əvvəl Səbail rayonu Nizami küçəsində yerləşən 21 mərtəbəli "Landmark" Biznes Mərkəzi hərraca çıxarılması barədə məlumat yayılıb.


Mərkəz isə bu addımı haqsızlıq hesab edir.

"Landmark"dan Bakupost.az -a bildirilib ki, kredit müqaviləsinin 1 yanvar 2029-ci il tarixinə kimi müddəti olub. Lakin 2023-cü ildə müqaviləyə qanunsuz olaraq xitam verilib.

Şikayətçi "Libra" MMC-dən bildirilib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-577/2024 saylı 16.10.2024-cü il tarixli yekun Qərarı ilə iddiaçı “Aqrarkredit” QSC BOKT-un iddia tələbi təmin olunmuş və kredit borcunun “Libra” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi qət olunub.

"Libra" MMC sözgedən məhkəmə çəkişməsi zamanı “Aqrarkredit” QSC BOKT tərəfindən məhkəməyə əsassız sübutlar təqdim olunduğunu və bunun nəticəsində hüquqlarının kobud şəkildə pozulduğunu bildirir. Belə ki, tərəflər arasında bağlanmış 15.08.2013-cü il tarixli 7524 saylı kredit müqaviləsində müqaviləyə birtərəfli qaydada xitam verilməsi anlayışı öz əksini tapmayıb:

"Lakin, buna baxmayaraq, “Aqrarkredit” QSC BOKT müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verib".

Bundan başqa, şikayətçi bildirib ki, ipoteka predmeti olan “Libra” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binası hazırda 2013-cü ildə qoyulmuş likvid dəyər əsasında hərraca çıxarılır və əmlakın hazırkı real likvid dəyəri nəzərə alınmır.

Əlavə olaraq şikayətçi qeyd edib ki, “Aqrarkredit” QSC BOKT 2019-cu ildə "Libra" MMC-yə məxsus təsis payının 50 %-ni bağışlanma yolu ilə əldə etməsinə baxmayaraq, yenidən Cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasının hərracda satılmasına nail olmağa çalışır.


Həmçinin, şikayətçi bildirib ki, “Aqrarkredit” QSC BOKT "Libra" MMC tərəfindən öədnilmiş kredit məbləğlərinin dəqiq məbləğini gizlətməyə çalışır və hazırda hərrac prosesləri qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilir:

"Hərracın hansı təşkilata həvalə olunması, həmin təşkilatın qanunvericiliyin tələbləri baxımından hərrac keçirmək səlahiyyətinin olub-olmaması, hərrac proseslərini keçirən təşkilatın tarixçəsinin təmiz olub-olmaması barədə şikayətçiyə heç bir məlumat verilmir".

MMC iddia edir ki, məhkəmə qərarlarını həyata keçirən icra şöbəsi hərrac proseslərinin keçirilməsi ilə bağlı şikayətlərə baxmaqda maraqlı deyil.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Xatırladaq ki, bu ayın əvvəlnidə “Landmark”ın hərraca çıxarılması barədə məlumat yerləşdirilib. 32654 kvadratmetr ərazisi olan qeyri-yaşayış binasının likvid qiyməti 120 milyon manat, iştirak üçün beh 6 milyon manat təyin edilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Dekabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri