Icma.az
close
up
RU
13 il müqavimət göstərən Bəşər Əsəd 12 günə necə devrildi? Xəbər saytı Son xəbərlər və Hadisələr

13 il müqavimət göstərən Bəşər Əsəd 12 günə necə devrildi? Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyada Bəşər Əsədin hakimiyyəti 2024-cü il dekabrın 8-də Suriya müxalifət qüvvələrinin koalisiyası tərəfindən devrildi. Bu hadisə 50 ildən çox davam edən BƏƏS Partiyasının idarəçiliyinə son qoydu.

2011-ci ilin martında başlayan və İŞİD tərəfindən devrilmək təhlükəsi ilə üzləşən Bəşər Əsəd həmin vaxt İran və Rusiyanın birbaşa və proksi qüvvələrinin iştirakı ilə hakimiyyətdə qalmağı bacarmışdı. Əslində 13 il öncə də İŞİD qara bayraqla avtomobil karvanları ilə Suriya ərazisində şəhərləri bir-birinin ardınca götürməyə başlayarkən hamı Əsəd ailəsinin qaçacağını təxmin edirdi. Lakin gözlənilınlərin əksi olaraq Bəşər Əsəd İŞİD-ə qarşı müqavimət göstərdi və Suriyanın ərazi bütövlüyünün əksəriyyətini təmin etdi.

Rusiya, İran və Türkiyə arasında Astana razılaşmasına əsasən, Suriyanın İdlib vilayətində yerləşən "Azad Suriya Ordusu" 13 ildən sonra daha güclü, müasir silahlarla, sayları təxminən 20 minlik qoşunla Suriyanın Hələb başda olmaqla, bir-bir şəhərlərinə hücum etməyə başladı. Suriyanın müxtəlif müxalifət dəstələri, o cümlədən "Heyət Təhrir əl-Şam" qruplaşması, Suriya Milli Ordusu geniş koalisiyalar quraraq hökuməti 12 gün ərzində devirməyi bacardı.

Maraqlıdır ki, Rusiya və İran Suriyanın böyük ərazisinə nəzarət etməsinə baxmayaraq Əsəd hakimiyyətini 12 il öncə olduğu kimi müdafiə etməyi bacarmadı. Bəşər Əsədin devrilməsində əsas rolu ilə ölkənin Müdafiə Nazirliyi oynadı. Məhz Suriya ordusunun şəhərlərə hücum edən müxaliflərə faktiki olaraq ciddi müqavimət göstərməməsi, onlarla döyüşməkdən imtina etməsi 61 illik Əsəd ailəsinin hakimiyyətinə birdəfəlik son qoydu.

Hazırda Suriyanın müxalif qüvvələri ölkədə yeni idarəetmə modeli qurmaq üçün çalışır. Bu işdə suriyalı müxaliflərə ən böyük dəstəyi isə Türkiyə göstərəcək. Lakin suriyalı müxaliflərin Suriyanın ərazi bütövlüyünü təmin etmək heç də asan olmayacaq. Çünki Suriya sərhəddə yerləşən İsrail heç də boş dayanmayacaq və Colan təpələrinə daxil olaraq təhlükəsizliyi üçün bufer zona yaradacaq. Digər tərəfdən Suriya ərazisində ABŞ və Rusiya hərbi bazalarının qalması və kürdlərin müstəqillik tələb etməsi də Suriyanın yeni hakimiyyətinə baş ağrısı olacaq. Hərbi bazaların ölkə ərazisində qalması yeni hakimiyyətin yenə də ABŞ-Rusiya maraqlarını nəzərə alması ilə nəticələnək.

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Dekabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri