13 ildən sonra Dəməşqdə ABŞ bayrağı qaldırıldı
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton-Dəməşq münasibətlərində yeni addım atılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın paytaxtında təhlükəsizlik səbəbiylə 2012-ci ildə fəaliyyətini dayandıran ABŞ səfirliyinin iqamətgahında yenidən bayraq qaldırılıb.
ABŞ-nin Türkiyədəki səfiri və Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak ilk rəsmi səfərini paytaxt Dəməşqə edib. Səfər zamanı o, ABŞ səfirliyinin iqamətgahına yollanıb. Barak iqamətgahda yenidən ABŞ bayrağını qaldırıb. Mərasimdə Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani də iştirak edib. Lakin səfirliyin fəaliyyətini bərpa edib-etməyəcəyi ilə bağlı heç bir açıqlama verilməyib.
İbrahim Cəfərov

13 il sonra Dəməşqdə yenidən ABŞ bayrağı qaldırıldı FOTO
29 May 2025 16:59
ABŞ bayrağı Dəməşqdə yenidən ucaldılıb
30 May 2025 08:28
13 ildən sonra yenidən Dəməşqdə səfirlik açdılar FOTO
21 Mart 2025 14:08
ABŞ rəsmi olaraq öz bayrağını Dəməşqdə sancdı:13 ildən sonra ilk dəfə
29 May 2025 20:04
ABŞ rəsmiləri Dəməşqdə: yeni hakimiyyətlə...
20 Dekabr 2024 10:14

