13 il sonra Dəməşqdə yenidən ABŞ bayrağı qaldırıldı FOTO
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyanın paytaxtı Dəməşqdəki ABŞ səfirliyində uzun illərdən sonra yenidən Amerika bayrağı qaldırılıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Suriya xarici işlər naziri Əsəd Şibaninin iştirakı ilə keçirilən mərasimdə ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndə Tomas Barak ölkəsinin bayrağını qaldırıb.
Mərasim səfirliyin yenidən açılışı çərçivəsində təşkil olunmuş rəsmi proqram çərçivəsində baş tutub.
Səfirlik binasından necə istifadə ediləcəyi və səfirliyin fəaliyyətinə başlanıb-başlanmayacağı ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Xatırladaq ki, ABŞ-ın Dəməşqdəki səfirliyi 2012-ci ildə təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırmış və əməkdaşları təxliyə edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 29 May 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















