13 illik fasilə başa çatdı: Türkiyə bu ölkə ilə dənizdə hərəkətə keçir
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə və Misir dəniz yurisdiksiyası mübahisələrinin və geosiyasi münaqişələrin intensiv olduğu Şərqi Aralıq dənizində kritik addım atıb.
Moderator.az xəbər verir ki, iki ölkə 13 illik fasilədən sonra Şərqi Aralıq dənizində “Dostluq dənizi” təlimi keçirəcək.
Sentyabrın 22-26-da baş tutacaq təlimin məqsədi Türkiyə ilə Misir arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyətin artırılmasıdır.
Türkiyə mətbuatına görə, bu təlim Qahirə ilə Ankara arasında münasibətlərin son vaxtlar normallaşması istiqamətində hərbi sahədə konkret addım hesab olunur.
Qeyd edək ki, 2013-cü ildə Misirdə baş verən çevrilişdən sonra Ankara-Qahirə münasibətlərində geriləmə olmuşdu.
(Publika)
Baxış sayı:65
Bu xəbər 19 Sentyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















