Azərbaycan yığmasının Türkiyə toplanışı başa çatdı
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Parataekvondo üzrə Azərbaycan millisinin Türkiyənin paytaxtı Ankarada qardaş ölkə yığması ilə birgə keçirdiyi təlim-məşq toplanışına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Toplanışın son günündə millinin baş məşqçisi Fərid Tağızadə tərəfindən türkiyəli həmkarı İbrahim Mercimekə xatirə hədiyyəsi təqdim olunub.
Toplanışda Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və Səmayə Həsənova iştirak ediblər.
Baxış sayı:110
Bu xəbər 30 İyun 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















