Icma.az
close
up
RU
13 yaşında hamilə qalan qızla bağlı AÇIQLAMA

13 yaşında hamilə qalan qızla bağlı AÇIQLAMA

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Ağcabədidə 13 yaşlı qız 24 yaşlı kişidən uşaq dünyaya gətirib. "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin iddialarına görə həmin şəxsə 6 il azadlıqdan məhrumetmə cəzası verilib, lakin onun cəzası şərti hesab olunub və 1 il sınaq müddəti təyin edilməklə Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. Həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir. Ailəsi isə qızdan imtina edib.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətindən Teleqraf-a bildirilib ki, baş verən hadisə icranın nəzarətindədir:

“Bununla bağlı İcra Hakimiyyəti tərəfindən tədbirlər görülür. Bu, ötən ildən davam edən prosesdir. Qanunvericiliyə uyğun tədbirlər görülüb. Məlumatları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verəcəyik. Hazırda qeyri-iş günləri olduğu üçün mətbuata dəqiq məlumat verə bilmirik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Bahar Həsənli Teleqraf-a açıqlamasında bildirib ki, Ağcabədi rayonunda 13 yaşlı qızın hamilə olması ilə bağlı Komitə tərəfindən Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi ilə birlikdə dərhal müvafiq tədbirlər görülüb.

"Komitədən Ağcabədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Tərəflər icra hakimiyyətinə dəvət olunublar və onlarla söhbət aparılıb. Hazırda 13 yaşlı qız riskli hamiləlik yaşayır və daim yoxlanışdan keçirilir. Hazırda məsələ Komitənin, İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin nəzarətindədir",- deyə B.Həsənli bildirib.

Komitə rəsmisi əlavə edib ki, 13 yaşlı yeniyetmədən ailəsi imtina edib: "Bu səbəbdən o, qeyri-rəsmi ailə qurduğu oğlanın ailəsi ilə birlikdə yaşayır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 Mart 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri