Icma.az
close
up
RU
Qohumundan hamilə qalan 13 yaşlı qızla bağlı iki vacib nüans Gerçəklər budur

Qohumundan hamilə qalan 13 yaşlı qızla bağlı iki vacib nüans Gerçəklər budur

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda rayonların birində 13 yaşlı qızın 37 yaşlı qohumundan hamilə qalması ictimaiyyətdə ciddi müzakirələr yaradıb. Hadisə uşaqların təhlükəsizliyi və hüquqlarının qorunması məsələsini gündəmə gətirsə də, digər tərəfdən bu tip xəbərlərin mediada və sosial şəbəkələrdə geniş yayılması doğru hesab edilməyib. Bildirilir ki, bu, şüuraltı təbliğata çevrilə bilər. Paralel olaraq, belə halların qarşısının alınması üçün qanunların sərtləşdirilməsi də tələb edilir.

Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, 13 yaşlı uşağın yetişkin bir şəxs tərəfindən istismara məruz qalması sadəcə məişət mövzusu deyil, ağır cinayət və insan hüquqlarının pozulmasıdır:

“Belə hadisələrin detallı, dramatik və davamlı işıqlandırılması zəif iradəli və ya oxşar meyilli şəxslər üçün normallaşma hissi yarada bilər. Həmçinin qurbanın şəxsi həyatının ifşası onun gələcək reabilitasiyasına böyük zərbə vurur. Lakin xəbərin işıqlandırılması bəzən ictimai qınaq vasitəsilə hüquq-mühafizə orqanlarını daha operativ hərəkət etməyə vadar edir. Gizli qalan cinayətlər çox vaxt təkrarlanır. Hadisə bir şou kimi yox, sosial xəbərdarlıq və hüquqi maarifləndirmə kimi təqdim edilməlidir”.

Əlövsət Allahverdiyev

Hüquqşünas bildirib ki, qanunların sərtləşdirilməsi vacibdir, lakin yalnız bu, kifayət deyil:

“Ən ağır cəza belə əgər tətbiq olunmursa və ya korrupsiya, qohumbazlıq zəminində gizlədilirsə, effektiv olmur. İnsanlar bilməlidir ki, uşağa qarşı edilən bu cinayətin “bağışlanması” yoxdur. Yaş həddi və razılıq məsələsinə gəlincə, 13 yaşlı uşağın “razılığı” anlayışı hüquqi və bioloji olaraq mümkün deyil. Bu, birbaşa pedofiliya və ağır zorakılıq faktıdır. Məsələyə kompleks yanaşılmalıdır”.

Psixoloq Zeynəb Əyyubova qeyd edib ki, əsas hədəf sensasiya yox, zərərin azaldılması və profilaktika olmalıdır:

“Uşağa qarşı cinsi zorakılıq sırf “məişət hadisəsi” deyil, ağır psixotravmatik cinayətdir və cəmiyyət buna adekvat reaksiya verməlidir. Media, sosial şəbəkələrdə bu tip hadisələrin detallı və emosional şəkildə tirajlanması ikili risk yaradır. Bir tərəfdən qurbanın ikinci dəfə travmatizasiyasına səbəb olur, digər tərəfdən isə şüuraltı normallaşdırma effekti yarada bilər. Xüsusən bu, azyaşlılar üçün təhlükəlidir. Belə məsələlərdə ad, detal, sensasiya olmadan, yalnız maarifləndirici çərçivədə xəbər yaymaq psixoloji baxımdan daha sağlam yanaşmadır. Digər tərəfdən, susmaq da həll yolu deyil. Problemin üstünü örtmək yox, onu düzgün dildə danışmaq lazımdır”.

Zeynəb Əyyubova

Ekspertin sözlərinə görə, burada əsas məsuliyyət psixoloqların, hüquqşünasların, sosial işçilərin üzərinə düşür:

“Mövzu qorxu və şok üzərindən yox, maarifləndirmə və qoruyucu mexanizmlər üzərindən izah edilməlidir. Qanunların sərtləşdirilməsi də vacibdir, amma bu, təkbaşına kifayət deyil. Psixoloji araşdırmalar göstərir ki, erkən maarifləndirmə, ailədaxili nəzarət mexanizmləri, məktəblərdə təhlükəsizlik və bədən sərhədləri mövzusunda təlimlər daha effektiv təsir göstərir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri