13 yaşlı qız öldü Bacıları xilas edildi
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1985-ci il təvəllüdlü Aysel Bəkir qızı Əliyeva, 2009-cu il təvəllüdlü Elmira Rauf qızı Rüstəmova və 2019-cu il təvəllüdlü Nuray Rauf qızı Rüstəmova xilas edilib.
Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Aylin Rauf qızı Rüstəmovanın meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə və küləkli hava şəraitində dənizə girməməyə çağırır.
Bu mövzuda digər xəbərlər:Bacıları xilas edildi ;13 yaşlı qız dənizdə boğuldu
27 İyul 2026 16:35
Astarada maşın 18 yaşlı əkiz bacıları vurub
19 Yanvar 2025 17:41
Elza bacıları ilə küsülüdür?
07 Dekabr 2024 07:04
İmran Xanın bacıları saxlanıldı
21 Sentyabr 2026 14:00
Türkan Şoray bacıları ilə
06 Oktyabr 2026 11:32
Baxış sayı:191
Bu xəbər 27 İyul 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















