İmran Xanın bacıları saxlanıldı
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Həbsdə olan Pakistanın keçmiş Baş naziri və müxalif “Ədalət Uğrunda Hərəkat” partiyasının lideri İmran Xanın bacıları Üzma Xan və Norin Niyazi saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.
Nəşrin məlumatına görə, onlar ictimai asayişin pozulması ittihamı ilə 30 gün müddətinə saxlanılıb. Dünən sabiq baş nazirin digər bacısı Alimə Xan da eyni maddə ilə saxlanılıb.
Saxlanılmalar partiyanın sentyabrın 27-də İslamabadda İmran Xanın azadlığa buraxılması tələbi ilə keçirilməsi planlaşdırılan etiraz aksiyası ərəfəsində həyata keçirilir. “The Express Tribune”nın əldə etdiyi hakimiyyət qərarına əsasən, saxlanılmaların əsasını polis və kəşfiyyat hesabatları təşkil edib. Həmin hesabatlarda hər iki qadının fəaliyyətinin “ictimai təhlükəsizliyə təhdid yaratdığı və ictimai asayişi pozduğu” iddia olunur.
Polis və xüsusi xidmət orqanlarının nümayəndələri bildirirlər ki, Üzma Xan və Norin Niyazi mayın 9-da keçirilən etiraz aksiyalarında və yolların bağlanmasında iştirak edib, həmçinin “fəalları dövlət və ictimai əmlakın zədələnməsinə təhrik ediblər”. Qərarda həmçinin qeyd olunur ki, qadınlar “sosial şəbəkələr və ictimai toplantılar vasitəsilə fəalları yenidən səfərbər edərək, asayiş və hüquq qaydaları üçün təhlükə yaradıblar”, eləcə də “hökumət və dövlət institutlarına qarşı yolverilməz şüarlar səsləndirərək, ictimaiyyəti təhrik ediblər”.
İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə ona qarşı etimadsızlıq votumu keçirilməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Siyasətçi 2023-cü ildən korrupsiya ittihamı ilə 14 illik həbs cəzasını çəkir. Həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 21 Sentyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















