Icma.az
close
up
RU
130 min abituriyent, 63 min yer: Hər iki nəfərdən biri tələbə olacaq?

130 min abituriyent, 63 min yer: Hər iki nəfərdən biri tələbə olacaq?

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var.

Nazirlər Kabineti mülki ali məktəblərə qəbul planını da təsdiqləyib – 60 489 nəfər. Keçən ilki plan yerlərindən 1300 yer, yaxud 2% çoxdur.

2023-cü ildə 53 mindən çox plan yeri ayrıldığı halda, 2024-cü ildə bu rəqəm 58 mini keçib. 

Sadə hesablama ilə təxminən hər 2 abituriyentdən biri tələbə adını qazanacaq.

“Bu il 130 min abituriyentin 91 mindən çoxu 1,2,3 və 4-cü qrupların müsabiqəsində iştirak edəcək. Bu hələ  birinci cəhd üçün olan məlumatdır. İkinci cəhddə də 2-3 min nəfər həmin qruplar üzrə yenidən imtahanda iştirak edəcək. Ümumən 94 min nəfər ən azı ali təhsil müəssisələri üçün olan imtahanlarda iştirak edəcək”.

Bunu “Yeni Sabah”a təhsil eksperti Elçin Əfəndi deyib.

O əlavə edib: “Təxminən 63 min plan yeri ayrılıb. Həmin yerlərin 60 489 mini püşk təyinatlı (ümumi ixtisaslar), yerdə qalanı xüsusi təyinatlı ali təhsil müəssisələrinə aiddir. Ümumilikdə bütün ayrılan plan yerlərinin müsabiqədə iştirakçı sayına baxsaq, kifayət qədər fərqin olduğunu görərik. 

Qəbul aparılan ixtisas qruplarında ən çox yeri 1-ci qrup təşkil edir. Sonra isə müvafiq olaraq 2,4 və 3-cü qruplarda bu artım nəzərə çarpır. 5-ci qrupda da müəyyən qədər artım var”.

Ekspert  qeyd edib ki, ötən illərlə müqayisədə abituriyentlər arasında olan gərgin rəqabət mühiti keçid ballarının enməsinə yox, əksinə, yüksəlməsinə gətirib çıxaracaq:

“2-ci qrupa nəzər salsaq, keçən il 22 min nəfər müraciət edərək, 11 mini imtahan müsabiqə şərtini ödəyərək buraxılmışdı. İndi isə say 25 minə yüksəlib və gözlənilən odur ki, 12 min nəfərdən çoxu müsabiqə şərtini ödəyəcək. 

Bu qrupda minimum göstərici 150 baldır. 150 ballıq ixtisaslar demək olar ki, bütün ixtisas qruplarında var. Digər dövlət sifarişli ixtisasların müsabiqəsinə qatılmaq üçün abituriyentlərdən minimum 200 bal tələb olunur. Onun da 100 balını blok imtahanından əldə etməlidirlər ki, həm dövlət sifarişli ixtisaslara qatıla bilsinlər, həm də bütün ixtisaslara iddia edə bilsinlər”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri