Icma.az
close
up
RU
Tələbə adına 130 min abituriyent iddiaçıdır

Tələbə adına 130 min abituriyent iddiaçıdır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dünən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirib.

Sədr qeyd edib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min nəfər artım var. Bu, ilk növbədə, 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 119 mindən çox şagird iştirak edib.

İmtahan keçirilən şəhər və rayonları qeyd edən sədr onların sayının daim artırılmasına diqqət yetirildiyini söyləyib. Qəbul imtahanları əvvəllər Bakı və Naxçıvanda, daha sonra DİM-in regional bölmələrinin yerləşdiyi digər böyük şəhərlərdə, hazırda isə respublikamızın 24 şəhər və rayonunda keçirilir. “Sevindirici haldır ki, DİM artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır”, – deyə sədr bildirib.

Ötən ildən etibarən tələbə qəbulu aparılan Qarabağ Universiteti haqqında məlumat verən M.Abbaszadə 2025-ci ildə bu təhsil müəssisəsi üzrə qəbul planının 28.5 faiz artırılaraq 1440 yerə çatdırılmasının regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

2025–2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planı haqqında məlumat verən sədr ümumilikdə 60489 plan yerinin ayrıldığını açıqlayıb. Plan yerlərinin 28401-i dövlət sifarişlidir. Bu say ötən illə müqayisədə 568 yer artıb.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər. Bu il keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları haqqında danışan sədr ötən illə müqayisədə nəticələrin bir-birinə, demək olar ki, uyğun olduğunu vurğulayıb. 2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür.

Mətbuat konfransında gələcək imtahan iştirakçılarının davranış qaydalarına da xüsusi diqqət yetirmələri ilə bağlı çağırış edilib. Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırılıb ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər. Yəni, qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar buraxılış imtahanının nəticəsinə əsasən V ixtisas qrupunun da müsabiqəsində iştirak hüququnu itirirlər.

Sonda Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən müxtəlif layihələr haqqında məlumat verilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 01:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri