Icma.az
close
up
RU
14 gün məzuniyyət uşaqdan daha çox qadına kömək, dəstəkdir RƏY

14 gün məzuniyyət uşaqdan daha çox qadına kömək, dəstəkdir RƏY

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Atalara yönəlmiş bu dəyişiklik, çox ədalətli, çox lazımlıdır və qısa bir zamanda icraya yönəlməlidir

Doğuşdan sonrakı çətin müddətdə kişinin qadına kömək etməsində heç bir aşağılayıcı, ya da pis məna ola bilməz

 Əmək Məcəlləsinə təklif olunan dəyişiklik atalara da ödənişli əlavə məzuniyyət hüququ verir. Milli Məclisdə aparılan müzakirələr zamanı deputatlar dəyişikliyin gələcəkdə atalara da övladlarını analarla birgə böyütmək imkanı verəcəyini və bunun ailə münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıblar. Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, layiqli əmək şəraitinin yaradılması, əmək hüquqlarının müdafiəsi, ailə vəziyyətindən asılı olmayaraq özünü inkişaf etdirməsi, iş və ya ailə həyatı arasında balansın qorunması hər bir vətəndaşın haqqıdır. Komitə sədri vurğulayıb ki, qanun layihəsi ailə institutunun möhkəmləndirilməsi, vətəndaşın əmək hüququnun qorunması, ailənin sosial müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilirdi. Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır. Təqdim olunan layihədə isə bu məzuniyyət ödənişli olacaqdır. Burada məqsəd nədən ibarətdir? Məlumdur ki, qadınlar uşaq dünyaya gətirdikdən sonra bir sıra sosial-psixoloji çətinliklər yaşayır. Bir çox ailələrə digər ailə üzvləri, məsələn, ana, qayınana və ya digər qohum kömək edə bilmir. O zaman yeni ana olmuş qadına və körpə uşağa yardım edən, onların qayğısına qalan kişi olur. Kişinin bir həyat yoldaşı və ata olaraq ailəyə dəstək olması, onların qayğısına qalması çox vacibdir. Bu, kişini hörmətdən salmır, əksinə, ona olan etibarı, hörməti daha da artırır. Bizə müraciətlər olur, ailə münaqişələri ilə bağlı, boşanmalarla bağlı. Biz səbəbləri təhlil edərkən, görürük ki, bir çox problemlər həmin dövrə təsadüf edir. Elə, araşdırmalar da göstərir ki, belə bir məzuniyyətin tətbiqi və ataların uşağın qayğısında, təlim-tərbiyəsində iştirakı həm ailədaxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir”. H.Hüseynova bildirib ki, ailə qayğısı çəkən insanların əmək hüquqlarının qorunması və ailədə rahatlığın təmin olunması üçün imkanlar yaradılmalıdır: "Yəni qanunvericilik ailə məsuliyyəti daşıyan şəxsləri dəstəkləməli, onların həm iş, həm də ailə öhdəliklərini balanslı şəkildə yerinə yetirməsinə şərait yaratmalıdır. Ailə vəzifələrinin bölüşdürülməsi qadın və kişilərin öz potensialından istifadə etməsi üçün maneələrin aradan qaldırılması deməkdir". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, ailə vəzifəsi olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinin cinayət məsuliyyəti yaratması təklif edilir. Şöbə müdiri qeyd edib ki, Cinayət Məcəlləsinin 164-cü maddəsinə bu barədə dəyişiklik edilə bilər: "Hazırkı qüvvədə olan qanuna görə, hamilə olduğuna və ya himayəsində 3 yaşına qədər övladı olan qadınlar, 3 yaşına qədərki övladını təkbaşına böyüdən atalarla əmək müqaviləsinə xitam verilməsi cinayət məsuliyyəti yaradır. Bunu “ailə vəzifələri olan işçilər” ifadəsi ilə əvəz edə bilərik". Ümumi fikir bu olub ki, qanuna edilən dəyişiklik atalıq məzuniyyətindən istifadəyə şərait yaradacaq.

Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında bildirdi ki, Milli Məclisdə müzakirə olunan məsələ - kişilərə də övladı dünyaya gələrkən məzuniyyət hüququnun verilməsi, əslində, əvvəlki illərdə bu rəsmi məzuniyyət şəklində olmasa da, körpənin atasının qadına – anaya doğuşdan sonra, yəni həmin ən çətin anlarında yardım etməsinin dəfələrlə şahidi olmuşuq:

- Bizim cəmiyyətdə bu meyar mövcuddur. Milli Məclisdə həmin təşəbbüsləri irəli sürən insanların yaşadığı həyatdan götürdükləri nümunələrdir ki, bu gün parlament səviyyəsində müzakirə olunur, onun tətbiqinə çalışılır. Bunun çox effektiv olduğuna millət vəkilləri də zaman-zaman öz həyat təcrübələrində şahidlik ediblər. Bəli, hər bir kişi doğulan uşağına onun anası ilə birlikdə ortaq valideyndir. Heç kim deyə bilməz ki, uşağı dünyaya ana gətirib və o, ilkin vaxtlarda onu təkbaşına saxlamalıdır. Əlbəttə ki, qadına körpəyə qulluq məsələsində həyat yoldaşı kömək eləməlidir. Atalara nəzərdə tutulan məzuniyyətin müddəti cəmi 14 gündür. 14 gün yəqin ona görə nəzərdə tutulur ki, körpənin atası qadınına doğuşdan sonrakı ilk 2 həftə ərzində kömək edə bilsin, çünki məhz bu müddət qadınlarda ağrılı keçir. Bu, uşaqdan daha çox qadına kömək, dəstəkdir. Həyat yoldaşının yanında olması və bəzi işlərdə ona kömək göstərməsi fiziki dəstəkdən daha çox mənəvi güc verəcək qadına. Doğuşdan sonrakı çətin müddətdə kişinin qadına kömək etməsində heç bir aşağılayıcı, ya da pis məna ola bilməz. Bəzən cəmiyyətimizdə belə fikirləşə bilərlər ki, bu, kişiləri aşağılamaqdır. Xeyr. Qətiyyən belə deyil. Bu, normal, hətta vacib bir məsələdir. Belə olan halda ataya məzuniyyət hüququ verilməsi zəruridir. Belə olduqda ata da öz qadınına və yeni dünyaya gələn körpəsinə hansısa bir yardım edə biləcək. Bu, əlbəttə ki, ailə dəyərlərinin qorunmasına, bağlılıqların artmasına, əlaqələrin güclənməsinə kömək edər. Həyat yoldaşının ən çətin günlərdə yardımı qadına müsbət təsir bağışlayır və bu hiss ailə bağlarını, insanların bir-birinə sədaqət və mehribanlığını artırır. Eyni zamanda necə ki ana körpəsinə süd verməklə ikisinin arasında qırılmaz bağ yaranır, eləcə də atanın bunu izləməsi, körpəni müşahidə etməsi və onu qucağına alması yeni doğulan uşağın ataya, atanın da körpəyə məhəbbətini artırır. Hesab edirəm ki, ataların hüquqlarının artırılmasına yönəlmiş bu dəyişiklik, çox ədalətli, çox lazımlıdır və qısa bir zamanda icraya yönəlməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri