Icma.az
close
up
RU

Harris daha çox ermənipərəstdir RƏY

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biz seçim etmək məcburiyyətində qalanda Trampa üstünlük verməliyik 



  ABŞ prezidentliyinə namizəd Donald Tramp Böyük Kilikiya Evinin katolikosu I Arama zəng edib. Katolikosluqdan yayılan məlumatda Trampın Qarabağ ermənilərinə dəstək və regionda sülhün bərpasına səy göstərilməsinə dəstək ifadə etdiyi bildirilib. Telefon danışığı zamanı Trampın ABŞ-dəki erməni icmasını da salamladığı vurğulanıb. I Aram isə Trampa Qarabağ erməniləri ilə bağlı mövqeyinə görə təşəkkür edib.

Qeyd edək ki, Tramp bundan öncə prezident seçiləcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında sülhü bərpa edəcəyini bildirib. O, həmçinin guya təqib edilən xristianları müdafiə edəcəyini deyib.

Trampın rəqibi Harris də Qarabağ erməniləri və iki ölkə arasındakı sülhlə bağlı bənzər açıqlama verib.

ABŞ-də ermənilərin ən böyük diaspor təşkilatı olan Amerika Erməniləri Milli Konqresi isə seçkidən öncə məlumat yayaraq, ermənilərin namizədlərdən heç birini dəstəkləməyəcəyini bəyan edib.

Xatırladaq ki, I Aram diaspordakı ermənilər arasında ən nüfuzlu din xadimidir.

Trampın bir həftənin içində iki dəfə ermənipərəst mövqedən çıxış etməsini şərh edən siyasi şərhçi Fuad Əliyev ermənilərin bütün hallarda Harrisə ümid bəslədiyini güman edir. Onun sözlərinə görə, Trampdan onlara ermənipərəst olmaz və  Qarabağ erməniləri ilə bağlı çıxışı və katolikosla telefon danışığı da seçkiyə sayılı günlər qalmış bu elektoratın səsini almağa hesablanıb. 


  K.Harrisin tam ermənipərəstliyi ilə fərqləndiyini vurğulayan analitikin sözlərinə görə, demokratların əksəriyyəti ermənipərəst olur: “Konqresdə Azərbaycan əleyhinə təşəbbüslər qaldıranların da böyük çoxluğu Demokratlardan olur. Bu mənada biz seçim etmək məcburiyyətində qalanda Trampa üstünlük verməliyik, ermənilər də Harrisin tərəfdarıdır.  Ümumiyyətlə, prezidentliyə namizədlər bu seçkidə erməni məsələsini çox da qabartmadılar. Bir dəfə Harris "Dağlıq Qarabağ"a qayıtmağın vacibliyinə çağırıb, daha sonra bu haqda danışmayıb, seçkiyə az qalmış da Tramp eyni mövzunu təkrarlayıb. Sanki hər iki partiya erməni lobbisindən gələn maliyyənin əvəzini ödəyiblər. Yəni bir dəfə çıxış etdilər, kifayətdir. Ancaq deyim ki, Harris Kaliforniyanın baş prokuroru vəzifəsində çalışarkən də ermənipərəst çıxışlarla gündəmə gəlirdi. Böyük ehtimal, Harris prezident seçiləndən sonra da ermənilərə dəstəyini davam etdirəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri