Icma.az
close
up
RU
14 gün şəkəri həyatınızdan çıxarın Möcüzəvi dəyişikliklər olacaq

14 gün şəkəri həyatınızdan çıxarın Möcüzəvi dəyişikliklər olacaq

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Axşam yeməyindən sonra şirniyyat yemək iştahlı olsa da, bunun orqanizminizə təsirini heç düşünmüsünüz? Cəmi iki həftə şəkəri rasionunuzdan çıxarmaq sağlamlığınıza əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər verə bilər. Şəkərdən imtina etmək enerji səviyyəsini artırmaqdan tutmuş dəri sağlamlığını yaxşılaşdırmağa qədər bədəninizdə gözlənilməz dəyişikliklər yaradacaq.

Ölkə.az-ın milli.az-a istinadən məlumatına görə qastroenteroloq Dr. Saurabh Sethi bildirir ki, şəkəri kəsmək orqanizmdə mühüm dəyişikliklərə səbəb ola bilər. O, sosial media paylaşımında "Bir qastroenteroloq və hepatoloq kimi pasiyentlərimin rasionlarından şəkəri çıxardıqdan sonra ciddi dəyişikliklər yaşadığını müşahidə etmişəm. Cəmi 14 gün ərzində qaraciyər və bağırsaq sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşır,"- deyə qeyd edib.

Mütəxəssisə görə iki həftə ərzində şəkəri kəsmək üzünüzün daha təbii formasına qayıtmasına səbəb olacaq. "Sadəcə iki həftə ərzində şəkəri kəssəniz, üzünüzün əvvəlkindən daha təbii formasına döndüyünü görəcəksiniz," deyə həkim bildirir.

Bundan əlavə, göz ətrafındakı şişkinlik və maye yığılması da azalacaq. "Göz altındakı şişkinlik nəzərəçarpacaq dərəcədə azalacaq,"- deyə o əlavə edir.

Əgər çəki atmaq istəyirsinizsə şəkəri kəsmək möcüzəvi nəticələr verə bilər. Bir çox insan üçün arıqlamaq mümkün olsa da, inadkar qarın piylərindən qurtulmaq çətin olur. Lakin mütəxəssis hesab edir ki, şəkəri kəsmək bunun üçün ən düzgün üsuldur. "Qaraciyərinizdəki yağ azaldıqca qarın bölgəsində də incəlmə müşahidə olunacaq. Bundan əlavə, şəkəri kəsmək sağlam bağırsaq mikroflorasının bərpasına kömək edərək həzm sisteminizi gücləndirir,"- deyə Dr. Sethi vurğulayır.

Şəkəri 14 gün ərzində həyatınızdan çıxarmaq sızanaq və qızartılarla mübarizə aparanlar üçün də faydalı ola bilər. Çünki şəkəri azaltmaq dərinin təmizlənməsinə və daha sağlam görünməsinə kömək edir. "Əgər sızanaq və ya qızartılarınız varsa, dəriniz daha sağlam və parlaq görünməlidir," deyə o qeyd edir.

Həddindən artıq şəkər qəbulu ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Yüksək qan təzyiqi, iltihablanma və zəif ürək sağlamlığı ilə əlaqələndirilir. Amerika Ürək Assosiasiyasına görə, şəkər istehlakına sərt məhdudiyyət qoyulmalıdır: qadınlar üçün gündə 25 qram, kişilər üçün isə 36 qramdan çox olmamalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Fevral 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri