Icma.az
close
up
RU
14 gün şəkəri həyatınızdan çıxarın

14 gün şəkəri həyatınızdan çıxarın

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

14 gün şəkəri həyatınızdan çıxarın.

Axşam yeməyindən sonra şirniyyat yemək iştahlı olsa da, bunun orqanizminizə təsirini heç düşünmüsünüz? Cəmi iki həftə şəkəri rasionunuzdan çıxarmaq sağlamlığınıza əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər verə bilər. Şəkərdən imtina etmək enerji səviyyəsini artırmaqdan tutmuş dəri sağlamlığını yaxşılaşdırmağa qədər bədəninizdə gözlənilməz dəyişikliklər yaradacaq.

AzPost-un milli.az-a istinadən məlumatına görə qastroenteroloq Dr. Saurabh Sethi bildirir ki, şəkəri kəsmək orqanizmdə mühüm dəyişikliklərə səbəb ola bilər. O, sosial media paylaşımında “Bir qastroenteroloq və hepatoloq kimi pasiyentlərimin rasionlarından şəkəri çıxardıqdan sonra ciddi dəyişikliklər yaşadığını müşahidə etmişəm. Cəmi 14 gün ərzində qaraciyər və bağırsaq sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşır,”- deyə qeyd edib.

Mütəxəssisə görə iki həftə ərzində şəkəri kəsmək üzünüzün daha təbii formasına qayıtmasına səbəb olacaq. “Sadəcə iki həftə ərzində şəkəri kəssəniz, üzünüzün əvvəlkindən daha təbii formasına döndüyünü görəcəksiniz,” deyə həkim bildirir.

Bundan əlavə, göz ətrafındakı şişkinlik və maye yığılması da azalacaq. “Göz altındakı şişkinlik nəzərəçarpacaq dərəcədə azalacaq,”- deyə o əlavə edir.

Əgər çəki atmaq istəyirsinizsə şəkəri kəsmək möcüzəvi nəticələr verə bilər.

Bir çox insan üçün arıqlamaq mümkün olsa da, inadkar qarın piylərindən qurtulmaq çətin olur. Lakin mütəxəssis hesab edir ki, şəkəri kəsmək bunun üçün ən düzgün üsuldur. “Qaraciyərinizdəki yağ azaldıqca qarın bölgəsində də incəlmə müşahidə olunacaq. Bundan əlavə, şəkəri kəsmək sağlam bağırsaq mikroflorasının bərpasına kömək edərək həzm sisteminizi gücləndirir,”- deyə Dr. Sethi vurğulayır.

Şəkəri 14 gün ərzində həyatınızdan çıxarmaq sızanaq və qızartılarla mübarizə aparanlar üçün də faydalı ola bilər. Çünki şəkəri azaltmaq dərinin təmizlənməsinə və daha sağlam görünməsinə kömək edir. “Əgər sızanaq və ya qızartılarınız varsa, dəriniz daha sağlam və parlaq görünməlidir,” deyə o qeyd edir.

Həddindən artıq şəkər qəbulu ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Yüksək qan təzyiqi, iltihablanma və zəif ürək sağlamlığı ilə əlaqələndirilir. Amerika Ürək Assosiasiyasına görə, şəkər istehlakına sərt məhdudiyyət qoyulmalıdır: qadınlar üçün gündə 25 qram, kişilər üçün isə 36 qramdan çox olmamalıdır.

   

“TikTok”da izləyin  

  

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Mart 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri