Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

14 iyul 1969 cu il Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir

14 iyul 1969 cu il Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi respublikanın inkişafında yeni mərhələnin əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə idarəetmə sistemi təkmilləşdirildi, iqtisadi inkişaf sürətləndirildi, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildi və gələcək müstəqil Azərbaycanın möhkəm təməli formalaşdırıldı”. 

Bu fikirləri Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, həmin dövrdə Azərbaycan SSR bir sıra sosial-iqtisadi problemlərlə üzləşmişdi. Sənaye və kənd təsərrüfatında inkişaf tempi zəifləmiş, idarəetmədə səmərəsizlik və intizam problemləri özünü göstərirdi. Respublikanın malik olduğu zəngin təbii və insan resurslarından tam istifadə olunmur, bu isə inkişafın qarşısında ciddi maneələr yaradırdı. Məhz belə bir şəraitdə rəhbərliyə gələn Heydər Əliyev idarəçilikdə məsuliyyət, peşəkarlıq və yüksək intizam prinsiplərini ön plana çıxardı.

Ümummilli Lider qısa müddət ərzində iqtisadiyyatın müxtəlif sahələrində əsaslı dəyişikliklərə nail oldu. Yeni sənaye müəssisələri yaradıldı, neft və maşınqayırma sənayesinin inkişafına xüsusi diqqət ayrıldı, kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Respublikanın şəhər və rayonlarında məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, yaşayış binaları və digər sosial obyektlər inşa edildi. Azərbaycan tədricən ittifaq miqyasında sürətlə inkişaf edən respublikalardan birinə çevrilməyə başladı. Lakin Ulu Öndərin fəaliyyəti yalnız iqtisadi sahə ilə məhdudlaşmırdı. O, yaxşı anlayırdı ki, güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli-mənəvi dəyərlərin qorunması və milli özünüdərkin möhkəmləndirilməsi ilə inkişaf edə bilər. Məhz bu səbəbdən Azərbaycan dilinin, milli mədəniyyətin və tarixi irsin qorunmasına xüsusi diqqət göstərildi. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Üzeyir Hacıbəyli və digər görkəmli şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə keçirilməsi, onların irsinin geniş təbliği milli şüurun möhkəmlənməsinə mühüm töhfə verdi.

Xalqın xilaskarı Heydər Əliyevin uzaqgörən siyasətinin ən mühüm istiqamətlərindən biri də peşəkar milli kadrların hazırlanması idi. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. Sonrakı illərdə həmin mütəxəssislər müstəqil Azərbaycanın dövlət idarəçiliyində, elmində, iqtisadiyyatında və Silahlı Qüvvələrində mühüm vəzifələr tutaraq ölkənin inkişafına töhfə verdilər. Eyni zamanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması gələcək milli zabit korpusunun formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyırdı.

1990-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qaldı. Hakimiyyətdə olan AXC–Müsavat iqtidarının səriştəsiz idarəçiliyi, daxili çəkişmələr və hərbi-siyasi sahədə buraxılan ciddi səhvlər dövlətçiliyi təhlükə qarşısında qoydu. Torpaqların işğalı davam edir, iqtisadi tənəzzül dərinləşir, ölkədə xaos və anarxiya hökm sürürdü. Belə mürəkkəb şəraitdə xalq nicat yolunu yenidən Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, dövlət institutlarını möhkəmləndirdi və Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Onun müəllifi olduğu neft strategiyası, hüquqi dövlət quruculuğu, ordu quruculuğu və balanslaşdırılmış xarici siyasət ölkənin gələcək inkişafının əsas istiqamətlərini müəyyən etdi.

Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyatın qurulması, müasir ordunun formalaşdırılması və milli maraqlara əsaslanan siyasətin nəticəsi olaraq Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı. Ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkənin dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir.

A.Allahverənov sonda qeyd etdi ki, bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi siyasi, iqtisadi və hərbi baxımdan mövqeyini daha da möhkəmləndirir. Əldə olunan uğurların əsasında isə 1969-cu il iyulun 14-də başlanan inkişaf kursu, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və bu siyasətin ardıcıl şəkildə davam etdirilməsi dayanır.

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri