Icma.az
close
up
RU
Tərəqqi yolunun başlanğıcı 14 iyul 1969 cu il

Tərəqqi yolunun başlanğıcı 14 iyul 1969 cu il

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"14 iyul 1969-cu il ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub. Həmin tarixdən qısa müddət sonra, 5 avqust 1969-cu il tarixində Azərbaycanın gələcək inkişafının strateji istiqamətləri müəyyənləşdirildi".

Bu fikirləri Redaktor.az-a ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsindən bəhs edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi. O, qeyd etdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi qısa zamanda respublika iqtisadiyyatında fundamental dəyişikliklərin əsasını qoydu:

"İttifaq əhəmiyyətli müəssisələrin Azərbaycanda qurulması və fəaliyyətə başlaması sənayenin inkişafına xüsusi təkan verdi. Belə ki, artıq ötən əsrin 70-ci illərin sonlarında ittifaq üzrə neft-mədən avadanlıqları istehsalının 70%-i, məişət kondisionerlərinin hamısı, soyuducuların 5,7%-i, pambıq ipliyinin 9,6%-i, ipək xammalının 11,7-i Azərbaycanın payına düşürdü. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan da ittifaqda aparıcı sənaye respublikalarından birinə çevrildi. İqtisadiyyatın inkişafı ilə bağlı aparılan ardıcıl tədbirlər nəticəsində respublikaya cəlb edilən sərmayələrin həcmində ciddi artımlar qeydə alındı. Nəticədə, 1980-ci ildə bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 13,3 min rubl idisə, Azərbaycanda bu göstərici 19,5 min rubl idi".

Deputatın sözlərinə görə, Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardı:

"O vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə gəlirləri isə cəmi 100 milyon manat idi. Çox qısa zamanda iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox qısa zamanda 4,5 dəfə artdı. Azərbaycan iqtisadiyyatı bir neçə il ərzində 5 dəfəyə yaxın böyüdü".

V.Bayramov bildirdi ki, əldə edilən uğurlar müasir çağırışlara uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildi.

"2003-cü ildən Azərbaycanda minimum əməkhaqqı 38 dəfə, minimum pensiya 14 dəfə artıb. 2003-cü ildə Azərbaycanda ÜDM-in dollar ekvivalentində məbləği cəmi 7 milyard dollar idisə, bu gün həmin məbləğ 75 milyard dollardır. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları həmin dövrdə 2 milyard dolardan az idi. Ötən il bu rəqəm 74 milyard dollardan çoxdur. Bu gün əldə etdiyimiz iqtisadi uğur, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir. Qarabağı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezidentin idarəçiliyinin yetirmələridir",- deyə millət vəkili fikrini tamamladı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see467

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see269

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see249

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see235

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see234

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see233

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see229

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see220

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see213

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see208

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see207

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see205

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see199

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see196

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see196

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see192

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see188

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see186

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri