Icma.az
close
up
RU
14% lik vergi geri qayıtsa: “İnsanların gəlirlərini azaldacaq”

14% lik vergi geri qayıtsa: “İnsanların gəlirlərini azaldacaq”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycanda 7 ildir ki, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlir vergisinə güzəştlər tətbiq edilir. 

Əslində güzəştə görə vergilər sıfırlansa da, əvəzində DSMF-yə ödənişlər artmışdı. Bu ilin sonunda güzəştlərin müddəti bitir, nə Maliyyə Nazirliyi, nə də hökumətin digər rəsmi qurumları vergi güzəştlərinin uzadılacağı ilə bağlı heç bir məlumat vermirlər. Məmləkətin gəlirləri azalıb, xərcləri artıb, adətən belə olanda biznes üçün fürsətlər genişləndirilir ki, iqtisadi aktivliyin yüksəlməsi vergi daxilolmalarını artırsın. Deyəsən, bizdə hökumət bu yolu getmək istəmir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu ReAl sədri, iqtisadçı Natiq Cəfərli deyib.O bildirib ki, cərimələrin, vergilərin, kommunal ödənişlərin artırılması yolu ilə büdcəyə daxil olan vəsaiti çoxaltmaq kökündən yanlış yoldur:

“Bu, iqtisadiyyatı daha da daraldacaq, insanların gəlirlərini azaldacaq. Gəlir azalanda xərcləmələr də azalır, deməli, iqtisadi aktivlik aşağı düşür, ÜDM artımı zəifləyir, rifah səviyyəsi enir”.  Ekspert deyib ki, Azərbaycanda bu ilin ilk 8 ayında ÜDM artımı cəmi 0,9% olub ki, bu əslində ressesiya göstəricisidir: 

“İqtisadi aktivliyin zəifləfləməsi ona gətirdi çıxartdı ki, Azərbaycan adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşdü. Hökumət fiziki şəxslərin (qeyri-dövlət və qeyri neft sahəsində çalışanlar) vergi güzəştlərini ləğv etsə, maaşdan (gəlirdən) 14% vergi sisteminə geri dönsə, bu, yanlışın kubu olacaq. 

Həmən “boz əmək bazarı” yenidən artacaq, rəsmi müqavilələrlə çalışanların sayı azalacaq, rəsmi müqavilədə göstərinlən maaşla real maaş arasında ciddi fərq yaranacaq, kiçik-orta sahibkarlar daha çox işçini ixtisara salmağa məcbur olacaq. Fiziki çəxslərə 14%-lik vergini geri qaytarsalar, məntiqlə, DSMF ödənişlərini kəskin azaltmalıdırlar, bu zaman da Dövlət Sosial Müdafiə Fonduna toplanan vəsait ciddi azalacaq, onlara ödənilən dotasiyanı artırmaq məcburiyyəti yaranacaq. Yəni hökumət vətəndaşdan vergini artıq yığıb, həmin vəsaiti DSMF-yə ötürməli olacaq,  “yazı-pozu işi”, vətəndaşın dövlətdən-hökumətdən incikliyi artacaq”. 

Ekspertin fikrincə, hökumət məsələni ciddi düşünməlidir:

“Ona görə də hökumət papağını qabağına qoyub bir daha düşünməlidir. Anlayıram, ölkənin gəlirləri azalıb, xərclər çoxalıb, amma o xərcləri vətəndaşın cibi hesabına qarşılamaq cəhdi uğursuz olacaq, iqtisadiyyat zatən daralır, bu addımdan sonra daha da kiçiləcək. Ona görə də bu vergi güzəştləri ən azı daha 7 il uzadılmalı, paralel olaraq da iqtisadi azadlıqlar genişləndirilməlidir”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri