Icma.az
close
up
RU
VERGİ GÜZƏŞTLƏRİNİN LƏĞVİ NƏ VƏD EDİR? “Bu, insanların gəlirlərini azaldacaq”

VERGİ GÜZƏŞTLƏRİNİN LƏĞVİ NƏ VƏD EDİR? “Bu, insanların gəlirlərini azaldacaq”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslər üçün 2019-cu ildən tətbiq olunan gəlir vergisi güzəştinin müddəti 2025-ci ildən sonra uzadılmayacaq. Yeni vergi dərəcələri ilə bağlı təqdim olunan plana əsasən, 2026-cı ildən etibarən fiziki şəxslərin gəlirlərindən tutulan vergi yükü mərhələli şəkildə artırılacaq.

Plana görə, aylıq gəliri 2 500 manata qədər olanlar üçün gəlir vergisi 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% təşkil edəcək. Gəliri 2 500 – 8 000 manat arasında olan şəxslər 2026-cı ildə 75 manat və bu məbləğdən artıq hissənin 10%-i, 2027-ci ildə 125 manat və artıq hissənin 10%-i, 2028-ci ildən isə 175 manat və artıq hissənin 10%-i qədər vergi ödəyəcəklər. Aylıq gəliri 8 000 manatdan çox olanlar üçün 2026-cı ildə 625 manat və artıq hissənin 14%-i, 2027-ci ildə 675 manat və artıq hissənin 14%-i, 2028-ci ildən isə 725 manat və artıq hissənin 14%-i məbləğində vergi tutulacaq.

Göründüyü kimi, yeni dəyişikliklər gəlir vergisinin mərhələli artımını nəzərdə tutur və qeyd olunur ki, burada məqsəd dövlət büdcəsinə daxilolmaları tənzimləməklə yanaşı, sosial balansın qorunmasıdır. Bununla yanaşı, 2026-cı ildən yaşayış minimumu və ehtiyac meyarı da artırılacaq. Hazırda 285 manat olan bu göstəricilər gələn ildən 15 manat artırılaraq 300 manat səviyyəsində müəyyən ediləcək.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya açıqlamasında bildirib ki, 2026-cı ilin 1 yanvar tarixindən etibarən gəlir vergisi ilə bağlı qeyri-dövlət (özəl) sektorunda çalışanlar üçün tətbiq olunan vergi güzəştlərinin müddəti başa çatır. Onun sözlərinə görə, hökumət vergi yükünü birdən-birə artırmır, bu prosesi mərhələli şəkildə həyata keçirəcək.


"Belə ki, 2028-ci ilə qədər mərhələli keçid planlaşdırılır. 2028-ci ildən etibarən özəl sektorda çalışanlar 2 500 manata qədər olan aylıq gəlirlərinin 7 faizini vergi şəklində ödəyəcəklər. Digər gəlir intervalları isə dəyişməz qalacaq. Hökumət vergilərin bərpasını iki pilləli sistem əsasında həyata keçirir: 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz və 2028-ci ildə 7 faiz dərəcəsi tətbiq olunacaq. Kərimli qeyd edib ki, əvvəllər vətəndaşlar 2 500 manata qədər olan gəlirdən 14 faiz vergi ödəyirdilər. İndi isə bu məbləğə görə ilk mərhələdə 3 faiz vergi tutulacaq, lakin pensiya fonduna ödənişlər əvvəlki kimi 10 faiz səviyyəsində qalacaq. Bu addımın məqsədi vətəndaşların pensiya kapitalının formalaşmasını təmin etməkdir. Ümumilikdə, 2 500 manata qədər maaş alan şəxslərin vergi yükü 3 faiz artacaq. Əgər əvvəllər maaşdan ümumilikdə 12,5 faiz tutulurdusa (10 faiz pensiya fondu, 2 faiz icbari tibbi sığorta, 0,5 faiz məşğulluq fondu), indi bu rəqəm 15,5 faizə yüksələcək. Növbəti illərdə isə bu göstərici 19,5 faizə qədər artacaq və proses yekunlaşacaq", - deyə o qeyd edib.

İqtisadçının sözlərinə görə, bu dəyişikliklər ilk növbədə insanların gəlirlərinin azalmasına səbəb olacaq: “Bu, mərhələli olsa da, vətəndaşların cibindən çıxan pulun artması deməkdir. Nəticədə insanların sərəncamında olan gəlir azalacaq, sosial vəziyyət bir qədər çətinləşəcək. Şirkətlər üçün də bu, əlavə maliyyə yükü yaradır, çünki işçilərin real maaşı azalır. Bəzi işəgötürənlər bu yükü öz üzərlərinə götürə bilər, amma bu, məcburi deyil. Faktiki olaraq, dövlət deyir ki, o hissəni sən xərcləmə, mən xərcləyəcəyəm”.

İqtisadçı sonda qeyd edib ki, gələcəkdə bu dəyişikliklər əhalinin xərcləmə imkanlarına və sosial rifahına mənfi təsir göstərəcək.

E. Bəyməmmədli

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri