Icma.az
close
up
RU
14 yaşlı oğlan qəfil öldü Həkimlər həyəcan təbili çalır FOTO

14 yaşlı oğlan qəfil öldü Həkimlər həyəcan təbili çalır FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Cənubi Karolina ştatında yaşayan 14 yaşlı yeniyetmənin nadir bakterial infeksiyadan vəfat etməsi həkimləri narahat edib.

Milli.Az xəbər verir ki, William Hand iyunun 8-də meningokokksemiya adlı sürətlə yayılan qan infeksiyasından dünyasını dəyişib. Valideynləri onun bir neçə gün əvvəl özünü pis hiss etməyə başladığını və səhər tezdən duranda artıq vəziyyətinin ağır olduğunu bildiriblər.

Gənc William Hand Cənubi Karolinadakı Hughes Elm və Texnologiya Akademiyasını bu il bitirmişdi. Atası Will Hand sosial şəbəkədə yazıb: "Hər şey çox sürətlə baş verdi və Allah onu yanına aldı. Mən onu həmişə gülərüzlü, idman geyimində və xoş xatirələrlə xatırlayacağam."

Tibb mütəxəssisləri bildiriblər ki, meningokokksemiya Neisseria meningitidis adlı bakteriyanın qana keçməsi nəticəsində yaranır. Bu infeksiya tüpürcək və ya nəfəs vasitəsilə, məsələn, içki və ya qab paylaşmaqla bir insandan digərinə keçə bilir.

Cənubi Karolinada bu xəstəliklə bağlı son 1 ildə 12 hadisə qeydə alınıb və onlardan dördü ölümlə nəticələnib. Lakin rəsmi qurumlar bu halların bir-biri ilə əlaqəsi olmadığını və bunun epidemiya sayılmadığını açıqlayıb.

Həkim Anna-Katrin Burch bu infeksiyanın sürətlə inkişaf etdiyini və bəzən xəstəni xilas etməyin mümkün olmadığını deyib. Onun sözlərinə görə, simptomlara yüksək hərarət, şiddətli baş ağrısı, işığa həssaslıq, ürəkbulanma və qusma daxildir. Ən xarakterik əlamətlərdən biri isə dəriyə basdıqda itməyən bənövşəyi səpkidir - bu da dərialtı qan damarlarının zədələnməsini göstərir.

Mütəxəssislər bu xəstəliyə qarşı ən effektiv mübarizə üsulunun peyvənd olduğunu vurğulayıblar.

William Hand idmanla məşğul olan, musiqini sevən və ətrafına pozitiv enerji yayan bir yeniyetmə kimi xatırlanır. Onun qəfil vəfatı cəmiyyətdə böyük üzüntü doğurub.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 İyun 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri