Icma.az
close
up
RU
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI

14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda 14 yaşlı qız özünü binadan atıb. Deyəcəksiniz ki, daha kiçik yaşlı uşaqlar da özünü öldürüblər, bu nədir ki? Bir tərəfdən haqlısınız. Amma bu cür faciələri adi hadisələr kimi qəbul etmək bizim BƏDBƏXTÇİLİYİMİZDİR.

Yasamal rayonunda yeniyetmə ömrünün ən gözəl çağında olan bir mələk balamız həyatla vidalaşmaq istəyir? Tutalım ki, mən jurnalistəm, hadisənin xəbərini verdim getdi. Bəs bu bizim qeyri hökumət təşkilatları harada qalıb? Niyə üsyan etmirlər. Niyə bir araşdırmırlar ki, çiçəyi yeni çatlayan balamız bizdən niyə küsüb gedir? Dünyadan köçmək istəyi nədən ona güc gəldi?

Binadan özünü atmaq artıq o deməkdir ki, o qızcığaz dünyadan köçməklə bağlı qərarlıdır. Niyə ona yaşam sevinci verə bilmirik? Bir cəmiyyət nümayəndəsi olaraq bu sualı kim verdi özünə? Necə olur ki, o, gələcəklə bağlı bütün ümidlərini itirib? Bəlkə haradasa ona vəd verib aldatmışıq? O, artıq gələcəyi qaranlıq görür? İnanmır bizə?

Şükür Allaha ki, ölməyib. Sadəcə vəziyyəti ağır olduğu üçün onu dindirmək və nə üçün həyatla vidalaşmaq istədiyini öyrənmək mümkün olmayıb.

Onu da nəzərə alın ki, bu sətirləri sizə xərçəng xəstəliyi ilə sınanan, hələ də bu zəhrimarla mücadiləsi davam edən 51 yaşlı qadın yazır. Onkoloji xəstəxanalara gedəndə minlərlə insanın yaşamaq istəyini, mübarizəsini görürəm. İçi mən qarışıq bu insanlar yaşamaq üçün elə ağır proseslərin altına girirlər ki...

Kimyaterapiya alırsan və hər səhər durub güzgüyə baxanda yenidən dəhşətə gəlirsən. Kirpiklərə, qaşa kimi tökülür, oradan sənə baxan boz sifətli insanı heç tanımırsan. Bu zülmün qarşısında sağ qalacağını da heç kim sənə 100 faiz qarantiya vermir. 7 saat əməliyyat keçirirsən. Sonra məlum olur yenisi də lazımdır. Özün öz ayağın ilə gedib radiasiyalı şüa alırsan. Tibb bacıları səni salır o otağa sonra elə bir qalın divar-qapı ilə aranı kəsib gedirlər ki, nə cür dəhşətli yerdə olduğunu o zaman anlayırsan. Bütün bunlara ona görə dözürsən ki, yaşayasan. Bəs 14 yaşında ölməyi istəmək nə demək?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Noyabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri