Icma.az
close
up
RU
Paşinyan və keşişlərin SON SAVAŞI: Əsl ölüm dirim mübarizəsi başlayır

Paşinyan və keşişlərin SON SAVAŞI: Əsl ölüm dirim mübarizəsi başlayır

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Mübarizədə qurşaqdan aşağı zərbələr mərhələsinin başlanması son döyüşün həqiqətən də qanlı olacağına dəlalət edir. Kilsə "niyə Paşinyan rəsmi və dini nikahda deyil", - deyə suallar verir, o isə keşiş Baqratın öz dayısının həyat yoldaşı ilə münasibətlərinə eyham vurur.

Erməni apostol kilsəsi ilə baş nazir Nikol Paşinyan arasındakı gərginlik növbəti fazaya qədəm qoyub. Qarşılıqlı nifrətə əsaslanan və hətta şəxsi münasibətlər səviyyəsinə keçən bu ədavətin özəl tarixçəsi var. Ancaq güman ki, hazırda yaşanan sözlü qarşıdurmanın son həddə çatmasının əsas səbəbi gələn il keçirilməsi gözlənilən parlament seçkisidir. Kilsə və keşişlər Paşinyana badalaq vura biləcək yeganə müxalif güc rolunda çıxış edirlər. Mübarizəyə hətta baş nazirin ailə üzvlərinin də cəlb olunması ona dəlalət edir ki, qarşıdakı bir il tərəflər arasında əsl ölüm-dirim mübarizəsi ilə müşayiət olunacaq.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Siyasi kilsə

Erməni kilsəsi heç vaxt siyasi proseslərdən kənarda olmayıb. Ermənilər özü-özlüyündə kilsə ətrafında formalaşmış xalqdır. Tarix boyu müstəqil dövlətçiliyi olmayan bu xalqın dövləti rolunu faktiki olaraq kilsə həyata keçirib. Kilsə iri pul vəsaitlərinin dövriyyə etdiyi əlahiddə funksiyalı siyasiləşmiş institut rolunu yerinə yetirib. Qriqoryan keşişləri indi xüsusi ərkəsöyün statuslarını itirməkdən qorxurlar. Paşinyanın 2018-ci ildən etibarən mərhələ-mərhələ kilsə üzərində nəzarəti gücləndirmə və keşişlərin qol-qanadını sındırma tədbirlərini həyata keçirməsinin də başlıca məntiqi budur:

Ermənistanda kilsə Paşinyandan əvvəlki dövlət başçılarının hakimiyyət illərindəki münbit şəraitdən istifadə edib bürokratiya və oliqarxiya ilə sıx əməkdaşlığa nail olaraq, ayrıca siyasi vahidə çevrilməyi bacarıb. Ancaq Koçaryan-Sarqsyan cütlüyü dövründə tərəflər arasında yazılmayan əməkdaşlıq düsturu olub: siyasi hakimiyyət kilsənin işlərinə qarışmır, əvəzində loyallıq əldə edir. Kilsə isə bir sıra strateji siyasi amilləri nəzərə almaqla dövlətin işlərinə müdaxilə etmir.

Tabulaşmış mövzu

Nədir bu amillər? İlk növbədə Qarabağ məsələsi. Eçmiədzin Azərbaycana istənilən güzəşti inkar edib ki, rəsmi İrəvan da bu mövqeyi nəzərə alıb. Əslində, heç keçmiş hakimiyyətlərin də Azərbaycan torpaqlarının işğalı ilə bağlı mövqeyi kilsədəkilərin yanaşması ilə fərqlənməyib. Əli silahlı keşişlər bunun ən bariz sübutudur. Qarabağ faktoru keşişlərlə rəsmi İrəvan arasında tabulaşmış mövzu olub.

Məhz bu səbəbdən Paşinyanın hakimiyyətə gəlişi Eçmiədzini ölkənin əsas müxalif qüvvəsinə çevirib. Kilsənin yalnız ötən il keşiş Baqratın başladığı siyasi itaətsizlik hərəkatı ilə proseslərə qoşulmasına baxmayaraq, Eçmiədzin hər zaman başlıca pərdəarxası aktor olub.

Eçmiədzin: separatizm yuvası

Erməni kilsəsi ərsəyə gəldiyi ilk gündən təmsil etdiyi erməni xalqının dövlətləşmək arzularının yük və məsuliyyətini üzərinə götürüb. Qriqoryan kilsəsi bu səbəbdən əsaslı maliyyə imkanları və siyasi təsir mexanizmləri ilə yanaşı, keşişləri vasitəsilə sistemləşmiş casus şəbəkəsinə malik olub. Ermənilərin tərkibində yaşadıqları imperiya və dövlətlərdə ürəklərindən keçən hər hansı güzəştin mərkəz qarşısındakı minnətçisi rolunda da məhz keşişlər çıxış ediblər. Səfəvi, Osmanlı imperiyaları dövrünə aid bununla bağlı kifayət qədər faktlar var. Tarixi Azərbaycan torpaqlarında məskunlaşma prosesinin ilk təşəbbüslərinə də məhz kilsə imza atıb: keşişlərin Rusiya imperatoru I Pyotra yazdıqları məktub ermənilərin Qafqaza ayaq açmalarının ilk addımı hesab olunur.

Müasir Ermənistan ərazisində olan Üçkilsə, yəni hazırkı Eçmiədzini Səfəvilər dövründə pul ilə əldə etməyə müvəffəq olublar. Azərbaycan torpaqlarının işğalı prosesinin əsas ssenarisi də məhz burada yazılıb.

Erməni kilsəsinin mühüm özəlliklərindən biri budur ki, o, təyinatca dini institut olsa da, mahiyyət etibarilə milli faktor üzərində bərqərar olmuş mexanizmdir. Məsələn, heç bir yerdə "rus kilsəsi", "fransız kilsəsi" kimi ifadələrə rast gəlinmir. Kilsələrdəki təriqətlər arasındakı ayrılıqlar pravoslav, katolik, ortodoksal və sair bu kimi terminlərlə ifadə edilib. Qriqoryan kilsəsi isə bütün dünyaya məhz erməni kilsəsi kimi təqdim olunur. İndi təsəvvür etmək çətindir ki, əsrlər boyu bu üstünlüklərə malik olan Eçmiədzinə siyasi hakimiyyət tərəfindən fəaliyyət məhdudiyyətləri yaradılır. Kilsənin mübarizədən savayı yolu qalmır və keşişlərin revanşizm hərəkatlarının alt qatında məhz hakimiyyətin əldən verilməsi qorxusu da dayanır.

Dini-siyasi müxalifət

Paşinyanla II Qaregin arasındakı budəfəki gərginliyin ilk qığılcımı rolunda baş nazirin bir paylaşımı çıxış etdi. Nikol ölkə ərazisində, xüsusilə də ucqarlarda olan kilsələrin bərbad vəziyyətinə diqqəti çəkərək, onların bir anbar qismində istifadə olunduqlarını iddia edir. Bu açıqlama ilə qarşıdakı siyasi mübarizənin fitili yandırılmış oldu. Ancaq məsələyə siyasətdən kənarda baxanda da, onun haqlı olduğu üzə çıxır: Ermənistanda onlarla kilsə var ki, nəinki təmir edilmir və aşınmış vəziyyətdədir, hətta onların çoxu mal-heyvanın saxlanılması üçün daldalanacaq qismində istifadə edilir. Kilsələrin içində mal-qaranın, donuzların saxlanılmasına dair kifayət qədər sübutlar var.

Kilsənin milyonları haradadır?

Paşinyan bu kimi məqamlardan təsadüfən, ya heç bir siyasi gözləntisi yoxmuş kimi yararlanmır. Erməni kilsəsinin əlində böyük maliyyə vəsaitləri var. Kilsə biznes münasibətlərinin fəal iştirakçısıdır və daim oliqarxlarla gizlədilməyən tərəfdaş qismində çıxış edib. Bu pullar haradadır ki, kilsələr belə bərbad vəziyyətdədir? Nə səbəbdən kilsə əldə etdiyi maddi qazancdan vergi ödəmir? Paşinyanın kilsəyə ən çox ünvanladığı suallar bunlardır. O, bu yolla əsas siyasi rəqibinin ictimai nüfuzunu laxlatmaq və seçki ərəfəsində həlledici zərbələrini endirməyi planlaşdırır.

Kilsənin daxili siyasi proseslərə qoşulması həm də xaricdən - diaspordan idarə edilən erməni separatizminin son nəfəsdə olduğunun göstəricisidir. Hərbiyyəsi Azərbaycan tərəfindən darmadağın edilib, diplomatiyası arqumentsizləşdirilib və silahsızlaşdırılıb. Qarşıdan sülh müqaviləsinin imzalanması gəlir, İrəvanın bu reallıqdan qaçması mümkünsüzdür. Sülh müqaviləsi konstitusiyanın dəyişilməsi deməkdir, hakimiyyət cəmiyyətdə bununla bağlı müvafiq proseslərə artıq start verib. Bu reallıqda erməni separatizminin çıxış yolu nədir? Son "kozır"ları işə salmaq. Bu prosesdən hərənin öz gözləntisi var. Kilsə malik olduğu komfort zonasını, müxalifətin arxasında duran güclər isə özlərinin regional təsir mexanizmlərini bərpa etmək arzusundadır.

Qurşaqdan aşağı zərbələr mərhələsi

Mübarizədə qurşaqdan aşağı zərbələr mərhələsinin başlanması son döyüşün həqiqətən də qanlı olacağına dəlalət edir: kilsə "niyə Paşinyan rəsmi və dini nikahda deyil", - deyə suallar verir, o isə keşiş Baqratın öz dayısının həyat yoldaşı ilə münasibətlərinə eyham vurur. Eçmiədzin Paşinyanın ailə üzvlərinin həyat tərzini qabartmaqla onu gözdən salmağa çalışır, baş nazir isə II Qareginin gizli qızının olduğunu iddia edir. Bu halda onun kilsəyə rəhbərlik etməsi faktiki olaraq qriqoryanlığa ziddir. Bütün bunlardan sonra bu mübarizə gərgin olmaya bilər?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyun 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri