Icma.az
close
up
RU
140 MANAT MÜAVİNƏT ÜÇÜN KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR? DSMF aydınlıq gətirdi

140 MANAT MÜAVİNƏT ÜÇÜN KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR? DSMF aydınlıq gətirdi

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu günlərdə “AzPolitika”da dərc olunan “Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilərlər” başlıqlı yazı ilə bağlı redaksiyamıza oxucular tərəfindən çoxlu sayda suallar daxil olub. Oxucular müavinətin kimlərə təyin edilməsi, hansı sənədlərin tələb olunması ilə bağlı daha ətraflı məlumat verilməsini xahiş edirlər.

Xatırladaq ki, xəbərin mətnində qeyd olunur ki, ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir.

Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, əslində bu müavinət yeni təyin edilmir, uzun müddətdir əhaliyə sosial dəstəyin bir hissəsi kimi ödənilir.

Belə ki, ailə başçısının itirilməsinə görə müavinət ailədə əmək qabiliyyəti olmayan və pensiya almayan şəxslərə sosial yardım göstərilməsi məqsədilə dövlət tərəfindən verilən aylıq pul vəsaitidir. Sözügedən müavinətin aylıq məbləği 140 manat təşkil edir.

Müavinət vəfat etmiş ailə başçısının aşağıdakı ailə üzvlərinə müəyyən müddətə təyin olunur:

-vəfat etmiş şəxsin 18 yaşına çatanadək uşaqlarına. Uşaq əyani təhsil aldıqda isə müavinət təhsilini başa vurana qədər, lakin 23 yaşdan çox olmamaqla ödənilir;

-vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına – əlillik müddəti ərzində;

-vəfat etmiş şəxsin 8 yaşınadək övladlarına baxan, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə – uşağın 8 yaşı tamam olana qədər.

Əsas şərt əlilliyin 18 yaşınadək müəyyən olunması və davam etməsidir.

Məlumata görə, müavinət plastik bank kartları vasitəsilə və yalnız nağdsız qaydada ödənilir.

Müavinət əldə etmək hüququ olan vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun bölmələrinə, DOST xidmətinin şöbələrinə müraciət edərək sənədlərini təqdim etməlidirlər.

Qanunvericiliyə görə, bu sosial müavinət yalnız Azərbaycan vətəndaşlarına deyil, eyni zamanda ölkə ərazisində daimi yaşayış hüququ olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.

Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan edilibsə, bu barədə məhkəmə qərarı təqdim edilməlidir. Müraciətin nümayəndə vasitəsilə edilməsi zamanı isə nümayəndənin səlahiyyətlərini təsdiqləyən etibarnamə və ya qəyyumluq sənədi də əlavə olunmalıdır.

Qanunvericiliyə əsasən, aşağıdakı hallardan biri baş verdikdə müavinətin ödənişi dayandırılır:

-müavinəti alan şəxs vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;

-uşağa qulluq edən şəxslərə münasibətdə uşağın 8 yaşı tamam olduqdauşaqlara münasibətdə uşağın 18 yaşı tamam olduqda, əyani təhsil alan uşaq isə təhsili başa vurduqda və ya 23 yaşı tamam olduqda;

-18 yaşından yuxarı uşağın əlillik müddəti bitdikdə.

Rasim
AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Yanvar 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri