Icma.az
close
up
RU
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?

140 manatlıq müavinət: Kimlər faydalana biləcək?

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

İyulun 1-dən qüvvəyə minən dəyişikliklər çərçivəsində çoxuşaqlı ailələrdə hər bir uşağa görə aylıq müavinət məbləği 105 manatdan 140 manata qaldırılıb. Lakin bu artım real həyat şəraitində bir uşağın minimum aylıq xərclərinə nə dərəcədə cavab verir? 

Yenisabah.az xəbər verir ki, hazırkı bazar qiymətləri fonunda bir uşağın sadə ehtiyaclarını qida, geyim, gigiyena vasitələri, məktəbəqədər hazırlıq və ya məktəb ləvazimatları nəzərə alsaq, hətta ən qənaətcil yanaşmada bu xərclər 200-300 manat civarındadır.

Beləliklə, 140 manatlıq müavinət xərclərin yalnız müəyyən hissəsinə yetir. Sezar pizza

Digər tərəfdən, müavinətin yalnız 5 və ya daha çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara verilməsi və uşaqların sağ olması kimi şərtlərlə məhdudlaşdırılması bu imkandan faydalana bilən ailələrin sayını xeyli azaldır.

Ən azı 5 uşaq sahibi olmaq və bu uşaqların sağ qalması kimi meyarlar sosial müavinətə çıxış imkanlarını sərtləşdirir. Bu, bir tərəfdən, dövlət resurslarının hədəfli istifadəsi baxımından əsaslandırılsa da, digər tərəfdən sosial bərabərlik müstəvisində suallar doğura bilər.

Müavinət məbləğinin artırılması təqdirəlayiq olsa da, həm məbləğin real tələbatlarla uzlaşması, həm də bu dəstəkdən faydalana biləcək ailələrin əhatə dairəsinin genişlənməsi məsələləri gələcək sosial siyasət müzakirələrində diqqət mərkəzində saxlanılmalıdır.

Digər mühüm məqam bu tip müavinətlərin ailələrin rifahına hansı şəkildə və nə qədər təsir göstərdiyidir. Praktikada çoxuşaqlı ailələrin əsas çətinlikləri yalnız maddi dəstəklə həll olunmur. Bu ailələrin çoxunda mənzil şəraiti, təhsil imkanları, səhiyyəyə çıxış, psixoloji dəstək və sosial adaptasiya kimi məsələlər də önə çıxır. Yəni 140 manatlıq ödəniş ümumi sosial təminat sisteminin yalnız kiçik bir hissəsini təşkil edir və uzunmüddətli rifah üçün kifayət deyil.

Aytac Əliyeva 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyul 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri