144 mindən çox “Mercedes”də defekt tapıldı Qəzaya səbəb ola bilər
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
“Mercedes-Benz” texniki nasazlıq səbəbindən 2024–2026-cı il model buraxılışına aid 144 mindən çox avtomobili geri çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) sənədlərində məlumat verilib.
Məlumata əsasən, problem avtomobillərin rəqəmsal cihaz paneli və məlumat-əyləncə sisteminin idarəetmə blokunun proqram təminatı ilə bağlıdır. NHTSA bildirib ki, proqram təminatındakı qüsur müəyyən edilmiş nəqliyyat vasitələrinin demək olar ki, 100 faizinə təsir göstərir.
Geri çağırılmaya AMG GT, C-Class, E-Class, SL-Class, CLE-Class və GLC-Class modelləri daxildir.
Bildirilir ki, istismar zamanı sistemin məcburi yenidən başladılması halları arta bilər. Bu isə rəqəmsal displeyin müvəqqəti olaraq sönməsinə səbəb olur.
Qeyd olunur ki, nasazlıq zamanı sürücü sürət, xəbərdarlıq siqnalları və digər vacib məlumatlara çıxışı itirə bilər. Üstəlik, sistem sönməzdən əvvəl sürücüyə heç bir xəbərdarlıq göndərilmir. Mütəxəssislərin fikrincə, bu hal qəza riskini artıra bilər.
Şirkət problemin aradan qaldırılması üçün avtomobil sahiblərinə səlahiyyətli “Mercedes-Benz” servis mərkəzlərinə müraciət etməyi tövsiyə edib. Nasazlığın proqram təminatının yenilənməsi vasitəsilə aradan qaldırılacağı bildirilib.
Bu mövzuda digər xəbərlər:Qəzaya düşən Mercedes yandı
28 İyun 2025 19:22
Beyləqanda Mercedes qəzaya düşüb VİDEO
18 Fevral 2025 17:31
Mercedes 144 min avtomobili geri çağırır
12 May 2026 15:57
“Mercedes” dirəyə dəyib aşdı; ardınca iki avtomobil də qəzaya düşdü VİDEO
29 Dekabr 2025 13:48
96 illik Mercedes Benz qəzaya uğradı FOTOLAR
21 İyul 2025 21:48
Baxış sayı:116
Bu xəbər 11 May 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















