Icma.az
close
up
RU
15 iyun 1993 cü il müstəqil Azərbaycanı sabitliyə, inkişafa aparan yolun başlanğıcıdır

15 iyun 1993 cü il müstəqil Azərbaycanı sabitliyə, inkişafa aparan yolun başlanğıcıdır

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“15 iyun Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin həyatında ciddi dönüş yaradan, şanlı tariximizdə dərin iz buraxan əhəmiyyətli ictimai-siyasi hadisədir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın yaşadığı o ağrılı-acılı günlər, düşdüyü o acınacaqlı durum hakimiyyətə ölkədə və dünyada baş verən siyasi prosesləri təhlil etmək və nəticə çıxarmaq, həmçinin cəsarətli addımlar atmaq qabiliyyətində, cəsarətində olan peşəkar qüvvələrin gəlməsini zəruri edirdi. O dövrdə idarəolunmaz vəziyyətə düşmüş dövlətin sükanı arxasına keçmək, qardaş qırğınının qarşısını almağın özü böyük risk, siyasi səriştə tələb edirdi. Heç bir siyasi təcrübəsi olmayan başıpozuq bir qrupun yarıtmaz idarəçiliyi üzündən süquta uğramaq təhlükəsi ilə üzləşən dövlətçiliyimiz, itirilməkdə olan müstəqilliyimiz məhz Ulu öndər Heydər Əliyevin böyük məharəti sayəsində qorunub saxlanıldı, möhkəmləndi. Ölkəmizin sayılıb-seçilən ziyalıları, ictimai-siyasi xadimləri Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək müstəqil Azərbaycan dövlətinin məhv olmasına, parçalanmasına imkan vermədilər. Dahiliyin, vətənpərvərliyin, cəsarətin, siyasi səriştənin bütün vacib elementlərini özündə cəmləşdirən Ümummilli liderin missiyanın əsas hədəfi bəlli idi; Azərbaycan dövlətini və onun müstəqilliyini qorumaq, xalqı xilas etmək.” Bu sözləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev hələ Sovet dönəmində Azərbaycana rəhbərlik edəndə iqtisadiyyatın, mədəniyyətin, təhsilin və digər sahələrin bütün istiqamətlərində inkişafa nail ola bilmişdi: “O, həyatı bahasına daim Azərbaycan xalqını, dövlətin milli maraqlarını müdafiə edib. Güclü dövlət güclü kadr potensialının yaradılmasından keçir, prinsipini daim rəhbər tutan Heydər Əliyev məktəblilərin, universitet tələbələrinin təhsilinə hər zaman dəstək verib, onların xarici ölkələrdə təhsilini təmin edib. Milli maraqları qoruduğu üçün sovet dövründə Moskvada Heydər Əliyevə münasibət birmənalı deyildi. Ona millətçi damğası vurmağa çalışırdılar. Təəssüf ki, müəyyən qüvvələr Ulu öndərin hələ sovet dövründə başlatdığı mübarizənin, fəaliyyətin başa çatdırılmasına imkan vermədilər. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ulu öndər ikinci dəfə Bakıya gələndə ilk işi ölkədəki xaosun, qardaş qırğınının, separatçılığın, aclığın, səfalətin qarşısını almaq oldu. O, həyatını təhlükə altında qoyaraq hərc-mərcliyin tuğyan etdiyi Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Təbii ki, müstəqilliyin ilk illərində böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi”.M.Vəliyeva qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin yürütdüyü siyasət qısa zaman ərzində nəticə verdi, ölkəmizin qüdrəti, nüfuzu artdı, Silahlı Qüvvələrimiz gücləndi, dövlət quruculuğunda ciddi addımlar atıldı. Ulu Öndər Azərbaycan xalqına qoyub getdiyi ən dəyərli miras müstəqil dövlət, milli ruha bağlı xalq, vətənpərvər gənclik və heç şübhəsiz ki, peşəkar, güclü sərkərdə İlham Əliyevdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın ən nüfuzlu, güclü ölkələrindən birinə çevrilib. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşdır. Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında 24 saatlıq hərbi əməliyyatlar nəticəsində tam azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Prezident İlham Əliyev bununla ata vəsiyyətini yerinə yetirdi, onun missiyasını tamamladı. Bu gün üçrəngli Azərbaycan Bayrağı Şuşada, Xankəndidə - bütün rayonlarımızda dalğalanır. Ulu Öndərin azərbaycançılıq ideologiyası bu gün ölkəmizdə sülh və sabitliyin hökm sürməsinin şərtləndirir. 15 İyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir, tariximizin şanlı, qürurlu səhifəsidir. Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması məhz Heydər Əliyevin sayəsində mümkün oldu. 15 iyun 1993-cü il müstəqil Azərbaycanı sabitliyə, inkişafa aparan yolun başlanğıcıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri